Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:17

Ermənistan qanlı etirazların ildönümünü keçirir


Yerevanda 2008-ci il etirazları
Yerevanda 2008-ci il etirazları

Ermənistan 2008-ci ildə etirazçılara qanlı divantutmanın 11-ci ildönümünü qeyd edir. Həmin il prezident seçkisinə etiraz edənlərlə təhlükəsizlik qüvvələrinin toqquşmasına 8 etirazçı və iki polis əməkdaşı öldürülmüşdü.

Etirazçılar vəzifədən getməkdə olan Prezident Robert Kocharian-ın müttəfiqi Serzh Sarkisian-ın seçkinin qalibi elan olunmasına qarşı çıxırdılar.

Martın 1-də parlamentə müraciətində Baş nazir Nikol Pashinian hökumətin o zaman dinc etirazçılara qarşı gücdən istifadə etdiyini vurğulayıb.

Nikol Pashinian
Nikol Pashinian

Pashinian daha sonra hadisə qurbanlarının adlarını sadalayıb, onlardan beşinin güllə yarasından öldüyünü qeyd edib.

Pashinian bu axşam Yerevanın mərkəzi küçələrində qurbanların anım yürüşünə başçılıq edəcək.

O, ötən il dinc küçə etirazları nəticəsində hakimiyyətə gəlib. Sarkisian hakimiyyətdən getməli olub, Kocharian-dan bəri ölkədə oturuşmuş isteblişment zəifləməyə başlayıb.

Hazırda Kocharian həbsdədir. O, 2008-ci ildə təhlükəsizlik qüvvələrinin müxalifət etirazçılara qarşı gücdən istifadəsinə qanunsuz göstəriş verməkdə ittiham olunur. Özü isə ittihamları rədd edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG