Keçid linkləri

Təcili xəbərlər
2019, 19 Avqust, Bazar ertəsi, Bakı vaxtı 04:17

Yollarda duman ola bilər


Bakı

Martın 2-də Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənir. Səhər bəzi yerlərdə zəif duman olacağı təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 3-6, gündüz 9-12, Bakıda gecə 4-6, gündüz 10-12 dərəcə isti proqnozlaşdırılır.

Martın 2-də Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı ehtimalı var. Qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənir.Gecə 1-5, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti təxmin edilir.

Xəbərdarlıq

Nazirlik xəbərdarlıq edir ki, martın 3-də əsasən şimal və qərb rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə yağıntının intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG