Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:20

Ötən il qızılca ən çox Ukraynada yayılıb


Ukraynada qızılca, infoqrafika
Ukraynada qızılca, infoqrafika

2018-ci ildə qızılca xəstəliyi ən çox Ukraynada yayılıb. BMT-nin uşaqlar üzrə agentliyi bunun qismən peyvəndlərə qarşı hərəkatın nəticəsi olduğunu deyir.

UNICEF-in martın 1-də yaydığı hesabata görə, Ukraynada qızılca “həyəcanlı şəkildə yüksək” səviyyədə yayılıb. Qurum buna görə “vaksinlərlə bağlı artan tərəddüd”ü suçlayır, bu tendensiyanın “yüksək səviyyədə önlənə bilən, amma potensial ölümcül xəstəliyi” nəzarəti almaqdan ötrü on illərdir aparılan işə təhdid yaratdığını vurğulayır.

Dünyanın səhiyyə rəsmiləri sosial mediada və başqa yerlərdə yayılan “antipeyvənd” hərəkatından narahatdırlar. Bu hərəkat bəzi valideynlərdə vaksinasiyanın ziyanlı olması sarıdan qorxu yaradıb.

“Bu qızılca hallarının, demək olar, hamısının qarşısını almaq mümkündür, amma uşaqlar yenə də sadəcə heç bir bəhanənin olmadığı yerlərdə yoluxurlar”, – UNICEF-in icraçı direktoru Henrietta H. Fore deyib.

“Qızılca xəstəlik ola bilər, ancaq bir çox hallarda əsl infeksiya dezinformasiya, inamsızlıq, laqeydlikdən yaranır. Valideynləri bizim hər bir uşağı təhlükəsizlik peyvənd etməyimizə yardım göstərməsi üçün daha çox maarifləndirməliyik”, – o vurğulayıb.

Lvovda həkim yeniyetməni müayinə edir
Lvovda həkim yeniyetməni müayinə edir

İKİ AYA 24 MİNDƏN ARTIQ YOLUXMA

UNICEF Ümumdünya Səhiyyə Təşkilatının statistikasına əsasən bildirir ki, ötən il Ukraynada 35 min 120 qızılca halı qeydə alınıb. 2017-ci ildə bu göstərici 5 min idi.

Ukrayna hökuməti bu ilin ilk iki ayı ərzində 24 min 42 nəfərin yoluxduğunu bildirir.

Xəstəlik ən çox ölkənin qərbindəki Lvov regionunda tüğyan edir, “burada immunlaşdırmaya mənfi münasibət, daha öncə peyvənd çatışmazlığı vaksinasiya göstəricilərinin aşağı olmasıyla nəticələnib”.

UNICEF bildirir ki, Ukrayna boyunca immunlaşdırmaya dəstəyi sürətləndirib, “peyvənd tərəddüdü” ilə mübarizə aparılır.

2017-ci ildən bu ölkədə qızılcadan 30 nəfərin dünyasını dəyişdiyi bildirilir.

İldən ilə qızılcanın artması göstəriciləri üzrə Serbiya ilk onluqda yer alır. 2017-ci ildən 2018-ci ilədək bu Qərbi Balkan ölkəsində qızılcaya 4 min 355 daha artıq yoluxma qeydə alınıb.

Agentlik 2017-ci ildə xəstəliyin qeydə alınmadığı bəzi ölkələrdə ötənilki yoluxma hallarından narahatdır. 2018-ci ildə Moldovada 312, Monteneqroda 203, Özbəkistanda 17 nəfər qızılca tutub.

Ümumilikdə isə ötən il 98 ölkə bir il öncəyə nisbətən qızılcaya daha çox yoluxmanın baş verdiyini bildirib.

“Bu, çağırış zəngidir”, – UNICEF-dən Fore deyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG