Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 16:30

Özəlləşdiriləcək əmlakın borcu silinəcək


Hərrac

Azərbaycanda özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu ilin martın 1-dək olan əmlak və torpaq vergiləri üzrə borclarının bir hissəsi silinə bilər.

«Report» xəbər verir ki, prezident İlham Əliyev bununla bağlı Milli Məclisə qanun layihəsi göndərib.

Layihədə qeyd olunub ki, müəssisəsinin əmlak və torpaq vergiləri üzrə borcları dəqiqləşdiriləcək.

Borcların silinməsi isə belə nəzərdə tutulur: Dövlət əmlakının (müəssisələrinin) özəlləşdirildiyi gündən etibarən bir il ərzində bu borcların 30 faizi ödənildikdə, ödənilməmiş qalığın 70 faizi silinir. İki il ərzində bu borcların 50 faizi ödənildikdə, ödənilməmiş borcların 50 faizi bağışlanacaq. Üç il ərzində bu borcların 70 faizi ödənildikdə isə, qalan borcların 30 faizi silinməlidir.

Layihə Milli Məclisin martın 5-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Xatırlatma

2016-cı il iyulun 19-da prezident İlham Əliyev dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliyinin artırılması ilə bağlı fərman imzalayıb. Bundan sonra ölkədə özəlləşdirmənin yeni mərhələsi start götürüb.

Dövlət əmlakının özəlləşdirilməsi haqda birinci qanun 1995-ci ildə qəbul edilib. 2000-ci il avqustun 10-da isə prezident «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»nın təsdiqi haqda fərman imzalayıb.

1996-2015-ci illərdə Azərbaycanda 47 minədək (Naxçıvan Muxtar Respublikası nəzərə alınmadan) kiçik dövlət müəssisəsi və obyektin özəlləşdirildiyi bildirilir.

Multimedia

XS
SM
MD
LG