Keçid linkləri

Təcili xəbərlər
2020, 19 Sentyabr, şənbə, Bakı vaxtı 07:00

ABŞ Moldovadakı seçkidən həm narahatdır, həm də alqışlayır


Moldovada seçki

Birləşmiş Ştatlar beynəlxalq müşahidəçilərin Moldovada fevralın 24-də keçirilmiş parlament seçkisini “rəqabətli və ümumilikdə ədalətli” dəyərləndirməsini alqışlayır. Amma eyni zamanda seçkiylə bağlı səsləndirilən pozuntu iddialarından narahatlığını bildirir.

Dövlət Departamentinin fevralın 27-də verdiyi bəyanatda deyilir ki, Birləşmiş Ştatlar “Moldova xalqını, Mərkəzi Seçki Komissiyasını və seçkinin qaliblərini təbrik edir”.

ATƏT seçkinin rəqabətli keçdiyini, fundamental hüquqlara ümumilikdə sayqı göstərildiyini bildirib. Dövlət Departamenti bu dəyərləndirməni alqışlayır.

Vaşinqton Moldova liderlərini “Moldova seçicilərinin iradəsinə sayqı göstərən, Moldova xalqına xidmət edən yeni hökuməti formalaşdırmağa” çağırır.

Seçkidə həm Sosialistlər, həm də ACUM alyansı hakim Demokratları kütləvi saxtakarlıqda ittiham edib. Rusiyapərəst Sosialistlər parlamentdə daha çox yer qazansalar da, çoxluğu təmin edə bilməyiblər.

XS
SM
MD
LG