Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:20

Gürcüstan prezidenti Bakıda


S.Zurabişvili və İ.Əliyev

İ.Əliyev: «Hər zaman bir-birimizin yanında olacağıq»

«Bu gün biz artıq təkbətək görüşdə bir çox məsələləri müzakirə etdik. Regional problemləri, bizim ikitərəfli və çoxtərəfli əməkdaşlığımızı müzakirə etdik. Bir daha gördük ki, bütün məsələlərlə bağlı bizim fikirlərimiz üst-üstə düşür».

AZƏRTAC-ın məlumatına görə, dövlət başçısı İlham Əliyev bunu Azərbaycan və Gürcüstan nümayəndə heyətlərinin geniş tərkibli görüşündəki çıxışında bildirib.

İ.Əliyev bu səfərin Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafı üçün önəmli addım olacağına əminliyini ifadə edib.

Gürcüstan və Azərbaycanı yaxın dost, qardaş ölkələr adlandıran dövlət başçısı hər iki ölkənin əsrlər boyu mehriban qonşuluq şəraitində yaşadıqlarını və bu gün uğurla inkişaf etdiklərini bildirib.

«Bizim birgə həyata keçirdiyimiz layihələr həm ölkələrimiz, həm qitə, həm də dünya üçün önəmlidir. Yəni, biz çox uğurlu əməkdaşlıq formatı yarada bildik»-deyə İ.Əliyev iki ölkə arasında əməkdaşlığa işarə edib.

Dövlət başçısı növbəti illərdə də bütün sahələr üzrə əməkdaşlığın daha da dərinləşəcəyi və genişlənəcəyini deyərək bunu hər iki tərəfin siyasi iradəsinin diktəsi olduğunu vurğulayıb: «Əminəm ki, bu günə kimi bütün məsələlərdə olduğu kimi, yenə də bütün məsələlərdə hər zaman bir-birimizin yanında olacağıq, bir-birimizə dəstək göstərəcəyik».

Gürcüstan prezidenti: «Bizi ilk növbədə böyük tarix, ənənələr birləşdirir»

«Şadam ki, Azərbaycana gəlmişəm. Bu, mənim regionda birinci səfərimdir. Bizim qonşu və dost ölkə Azərbaycanda olmaqdan məmnunluq duyuram. Bizim əməkdaşlığımız bizim üçün çox əhəmiyyətlidir».

Bunu isə geniş tərkibli görüşdə Gürcüstan prezidenti Salome Zurabişvili söyləyib.

Xanım prezident deyib ki, Azərbaycan və Gürcüstanı ilk növbədə böyük tarix, ənənələr birləşdirir: «Biz 100 il əvvəl birlikdə müasir dövlət qurmağa başladıq. Biz müstəqilliyimizi bərpa etdik. Vaxtilə bizim kiçik federasiyamız da var idi. Biz müstəqilliyimizi birlikdə itirdik, ağır illərdən keçdik, yaşadıq. Bu gün də biz ölkə üçün ərazilərin işğalının nə demək olduğunu yaşayırıq. Ərazi bütövlüyü hələ bərpa olunmayıb. İşğal məsələsi bizim üçün hələ də açıq yara kimi qalır. Bu, bir tərəfdən bizim inkişafımıza mane olur, digər tərəfdən biz bunlara, bu faciələrə baxmayaraq, dövlətimizi, iqtisadiyyatı gücləndirməyə nail olduq».

Prezidentlər əlaqələrin perspektivlərindən danışdılar

Fevralın 27-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyevin və Gürcüstan prezidenti Salome Zurabişvilinin təkbətək görüşü olub.

Bu barədə AZƏRTAC-ın bu gün yaydığı məlumatda deyilir.

Dövlət başçısı İ.Əliyev qonağı salamladıqdan sonra bu yaxınlarda prezident seçkilərində qazandığı qələbə münasibətilə onu təbrik edib, uğurlar arzulayıb.

İ.Əliyev bu səfərin Gürcüstan-Azərbaycan dostluq əlaqələrinin inkişafı üçün çox önəmli addım olacağını, aparılacaq müzakirələrin Gürcüstan və Azərbaycanın bir-birinə çox yaxın ölkələr olması və birgə aparılan işlərin böyük nəticələr verməsini bir daha təsdiqləyəcəyinə əminliyini ifadə edib.

Dövlət başçısı hər iki ölkənin bütün sahələrdə uğurlu əməkdaşlıq etdiyini və bu əməkdaşlığın gündən-günə dərinləşdiyini, siyasət, iqtisadiyyat, mədəniyyət, nəqliyyat, energetika sahələrində çox gözəl nəticələr verdiyini bildirib.

İ.Əliyev deyib ki, əslində elə bir sahə yoxdur ki, hər iki ölkə orada əməkdaşlıq etməmiş olsunlar: «Əlbəttə ki, gələcək əməkdaşlıqla bağlı bizim çox aydın fikirlərimiz var və əminəm ki, səfər zamanı biz gələcək əməkdaşlıq istiqamətlərini müzakirə edəcəyik».

Gürcüstan prezidenti regiona ilk səfərini dost olan qardaş ölkəyə etməsindən şad olduğunu bildirib və Azərbaycana dost ölkənin prezidenti kimi səfərə gəldiyini vurğulayıb: «Gürcüstanın bütün prezidentləri Azərbaycanın dostu olub və mən də bu ənənəni davam etdirirəm. Bizim münasibətlərimizin alternativi yoxdur və perspektivli əlaqələrimiz var».

Hər iki ölkənin yerləşdiyi region və dünya üçün yeni perspektivlər açıldığını deyən xanım prezident bu baxımdan əlaqələri dərinləşdirməyin daha da böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

S.Zurabişvili perspektivlərlə bağlı yeni təşəbbüsləri müzakirə edəcəklərinə əmiliyini bildirib və qəbul üçün bir daha təşəkkür edib.

Gürcüstan prezidenti xanım S.Zurabişvili fevralın 27-də Azərbaycana səfərə gəlib.

Prezidentlərin görüşü olub

Fevralın 27-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyevin və Gürcüstan prezidenti Salome Zurabişvilinin təkbətək görüşü olub.

Bu barədə məlumatı AZƏRTAC yayıb.

Görüşün detalları barədə məlumat verilmir.

S.Zurabişvili 2018-ci il oktyabrın 28-də keçirilən prezident seçkisində Gürcüstanın prezidenti seçilib və bu, onun prezident seçildikdən sonra Azərbaycana ilk səfəridir.

+++

Gürcüstanın prezidenti Salome Zurabişvili fevralın 27-də Azərbaycana rəsmi səfərə gəlib.

Bu barədə AZƏRTAC-ın yaydığı məlumatda deyilir.

Məlumata görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Gürcüstan prezidenti S.Zurabişvilini Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.

Multimedia

XS
SM
MD
LG