Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Sentyabr, bazar, Bakı vaxtı 16:27

Netanyahu Moskvaya gedir


Vladimir Putin (sağda) və Benjamin Netanyahu, arxiv fotosu

İsrail lideri Benjamin Netanyahu Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Fevralın 27-nə gözlənən səfərindən öncə Netanyahu deyib ki, danışıqlarda İranın Suriyada uzunmüddətli oturuşmasına qarşı İsrailin cəhdlərinə diqqət ayrılacaq. Qeyd edək ki, Moskva Suriyadakı müharibədə İranı, Suriya rejimini dəstəkləyir.

“İranlılar Suriyadan çıxarılancaya qədər çalışacağıq, çünki İran İsraili məhv etməklə hədələyir”, – Netanyahu videomüraciətində deyib.

Sentyabrdan Moskvayla Təl Əvivin münasibətləri gərgin olaraq qalır. O zaman Suriya sərhədində Rusiyanın kəşfiyyat təyyarəsi vurulmuş, təyyarədəki 15 nəfər heyət üzvü həlak olmuşdu.

Rusiya buna görə İsrailin hərbi təyyarələrini suçlayır, deyirdi ki, onlar Suriyanın havadan müdafiə sistemlərindən yayınmaqdan ötrü Rusiya təyyarəsinin arxasında gizləniblər.

İrana dəstəyinə baxmayaraq, Rusiya İsraillə də münasibətlərini saxlayır.

XS
SM
MD
LG