Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 11:59

Trump-la Kim bir araya gəlib


Trump (solda) və Kim Jong Un

ABŞ Prezidenti Donald Trump ilə Şimali Koreya lideri Kim Jong Un fevralın 27-də Hanoyda beşulduzlu Metropol otelində bir araya gəliblər. Onlar əl sıxaraq gülümsəyiblər.

20 dəqiqəlik görüşdən sonra iki liderin köməkçiləri ilə nahar edəcəyi gözlənir.

Trump jurnalistlərə deyib ki, danışıqların uğurlu olacağını gözləyir, “nüvə silahlarından əl çəkmək məsələsində geri çəkilmək fikri də yoxdur”.

“Əminəm ki, bu dəfə nəticə əldə olunacaq və hamı tərəfindən alqışlanacaq. Bunun baş verməsi üçün əlimdən gələni edəcəyəm”, – Kim deyib.

***

Trump Kim-lə görüşəcək

Fevralın 27-də ABŞ Prezidenti Donald Trump Şimali Koreya lideri Kim Jing Un ilə görüşəcək. Tərəflərin Pxenyanın nüvə silahı və raket proqramlarını müzakirə edəcəyi gözlənir.

Liderlərin ikigünlük sammiti Vyetnamın paytaxtı Hanoyda baş tutacaq.

Trump Kim-lə razılaşma əldə etməyə çalışır. Kim illərdir öz əhalisini məngənədə saxlayır, eyni zamanda nüvə silahları proqramlarını inkişaf etdirir.

ABŞ və Şimali Koreya liderləri ilk dəfə ötən ilin iyununda Sinqapurda görüşdülər.

Amma o vaxtdan Pxenyanın nüvə silahlarından əl çəkməsi yönündə elə bir irəliləyiş əldə olunmayıb.

Kim Vyetnama zirehli qatarda, üç günə, 3 min kilometr qət edərək gedib.

Fevralın 25-də Ağ evdə keçirilən toplantıda Trump deyib ki, “çox əzəmətli sammit”in baş tutacağını gözləyir.

XS
SM
MD
LG