Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:11

Nümayəndələr Palatası Trump-a qarşı qətnaməni qəbul elədi


Donald Trump
Donald Trump

ABŞ Nümayəndələr Palatası Prezident Donald Trump-ın fövqəladə vəziyyət elan etməsinə qarşı qətnaməni qəbul edib.

Fevralın 26-da sənəd 245-182 səs fərqilə qəbul olunub, 13 respublikaçı da demokratlara qoşularaq qətnaməni dəstəkləyib.

İndi qətnamə respublikaçıların nəzarətində olan Senatda müzakirəyə çıxarılmalıdır.

***

Trump-ın fövqəladə vəziyyətini səsə qoyacaqlar

ABŞ Nümayəndələr Palatası Prezident Donald Trump-ın elan etdiyi fövqəladə vəziyyətlə bağlı qətnaməni səsverməyə çıxaracaq.

Qətnamənin fevralın 26-da demokratların nəzarətində olan palatadan keçəcəyi gözlənir, amma respublikaçıların nəzarətində olan Senatda taleyi naməlum qalır.

Sənədin məqsədi Trump-ın elan etdiyi fövqəladə vəziyyəti dayandırmadır. Trump fövqəladə vəziyyəti ayın əvvəlində elan edib, Meksikayla sərhədin hasarlanmasına nail olmaq istəyir.

ABŞ-Meksika sərhədi
ABŞ-Meksika sərhədi

Trump həmin hasarın qanunsuz narkotik maddələr və immiqrantların Birləşmiş Ştatlara keçməsini önləməyə gərəkdiyini deyir. Konqresdəki demokratlar, həmçinin respublikaçıların bəziləri hasarı səmərəsiz sayaraq ona pul ayırmaqdan imtina edib.

Hüquq ekspertlərinin fikrincə, Trump-ın fövqəladə vəziyyət elan etməsi Konqresin müvafiq maliyyə ayırmaq səlahiyyətini poza bilər və bunun presedenti olmaya bilər.

Bu səsvermədən öncə hökumətin bir sıra keçmiş respublikaçı rəsmilər onlarla keçmiş təhlükəsizlik rəsmisinə qoşularaq açıq məktub imzalayıb. Onların fikrincə, Trump-ın hasarı tikmək məqsədilə Konqresin səlahiyyətini pozmasına “faktiki əsas” yoxdur.

Bu layihəyə vəsait ayrılması “Birləşmiş Ştatların milli təhlükəsizliyinə və xarici siyasət maraqlarına zərbə vuracaq”, – keçmiş 58 rəsmi məktubda yazır.

23 keçmiş respublikaçı konqresmen isə Konqresin hazırkı üzvlərini Demokratların təklif etdiyi qətnaməni qəbul etməyə çağırıb.

Qətnamə keçsə belə, Trump ona veto qoyacağını deyib. Vetonu üstələməyə Konqres üzvlərinin üçdə ikisinin dəstəyi lazımdır.

XS
SM
MD
LG