Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 14:40

ABŞ Maduroya təzyiqi artırır


Mike Pence (sağda) və Juan Guaido

Birləşmiş Ştatlar fevralın 25-də Venesuelanın hakimiyyətini saxlamağa çalışdığı prezidenti Nicolas Maduroya təzyiqi davam etdirib. Maduroya müttəfiq dörd qubernatora yeni sanksiyalar tətbiq olunub. Birləşmiş Ştatlar öz müttəfiqlərini Venesuelanın dövlət neft şirkətinin aktivlərini dondurmağa çağırıb.

Vaşinqton Venesuela böhranını müzakirə etməkdən ötrü fevralın 26-da BMT Təhlükəsizlik Şurasının iclasını da çağırıb.

ABŞ-ın Vitse-prezidenti Mike Pence isə Kolumbiyanın Boqota şəhərində Venesuela müxalifətinin lideri Juan Guaido ilə görüşüb.

Pence Lima Qrupu ölkələrini PDVSA neft şirkətinin aktivlərini dondurmağa, Venesuelaya aid sərvəti Madurodan Guaido-nun yeni yaranan hökumətinə transfer etməyə çağırıb.

Lima Qrupuna Kanadadan tutmuş Argentinayadək bir sıra ölkələr daxildir.

Pence onu da deyib ki, Birləşmiş Ştatlar Venesuelanın qonşularının bu ölkədən miqrant axınının öhdəsindən gəlmək üçün 56 milyon dollar vəd edib.

Fevralın 23-də ABŞ-ın dəstəklədiyi yardım karvanı Kolumbiyadan Venesuelaya keçmək istəyəndə üç nəfər öldürülüb, azı 300 nəfər yaralanıb.

XS
SM
MD
LG