Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:23

Prezidentdən yeni sosial sərəncam


İ.Əliyev

Bu gün, fevralın 25-də prezident İlham Əliyev əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bir sıra məsələlərlə bağlı normativ hüquqi aktların layihələrini 15 günə hazırlayıb ona təqdim etmək tapşırılır.

İlk növbədə yaşa görə sosial müavinət 130 manata çatdırılmalıdır.

Eyni zamanda, sosial müavinətin I qrup əlilliyə görə 150, II qrup əlilliyə görə 130, III qrup əlilliyə görə isə 110 manata çatdırılması təmin edilməlidir.

Habelə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara sosial müavinət 150 manata qaldırılmalıdır. Bundan başqa, ailə başçısını itirməyə görə sosial müavinət də 80 manata çatdırılmalıdır.

Valideynlərini itirən və valideyn himayəsindən məhrum uşaqların qəyyumlarına (himayəçilərinə) isə 100 manat verilməlidir. Müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına sosial müavinət də 100 manata qaldırılmalıdır.

5-dən çox uşağı olan qadınlara sosial müavinət isə hər uşağa 55 manat müəyyən edilməlidir.

Prezidentin imzaladığı sərəncamda həmçinin qeyd edilir ki, uşağın anadan olmasına görə sosial müavinət də 200 manata çatdırılmalıdır.

Üstəlik, orada dəfnə görə ödənilən sosial müavinətin 300 manata çatdırılması istənilir.

Prezidentin yeni təqaüdləri təsis edilib

Sənəddə I qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə, 50 manat məbləğində prezident təqaüdünün təsis edilməsi də yer alır.

Üstəlik, müharibə veteranlarına kommunal, nəqliyyat, digər xidmətlərə görə sosial müavinət və müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə də 80 manat prezident təqaüdü təsis edilməlidir.

Müharibə əlillərinə prezidentin təqaüdü I qrupa 250, II qrupa 230, III qrupa görə isə 210 manata çatdırılmalıdır.

Sənədin sonunda da qeyd edilir ki, 1941–1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad (Sankt-Peterburq) şəhərinin mühasirəsi zamanı orada işləyənlərə (müharibə əlilləri istisna olmaqla) prezidentinin təqaüdü də 150 manata qaldırılmalıdır.

Yeni sərəncamla müavinətlər nə qədər artır...

Sərəncam ümumilikdə 576,8 min nəfəri əhatə edir.

Bunu bu gün, fevralın 25-də əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev prezidentin imzaladığı sərəncamla bağlı deyib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Azərbaycan prezidenti İlham Əliyev fevralın 25-də “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncam verib.

Sahil Babayev deyib ki, sosial müavinətin məbləği yaşa görə müavinət alanlara 73 manatdan 130 manata qalıdırılacaq. I qrup əlilliyə görə isə (ümumi səbəbdən əlillərə 82 manatdan, müharibə əlillərinə 101 manatdan, “Çernobıl AES-də hərbi xidmətlər əlaqədar” və “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” əlilliyi olanlara 94 manatdan) 150 manata çatdırılacaq.

Nazir habelə vurğulayıb ki, II və III qrup əlilliyə görə də artım nəzərdə tutulur.

Sahil Babayevin bildirməsinə görə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara da bu, 82 manatdan 150 manata, ailə başçısını itirməyə görə isə ailə üzvlərinin hər birinə də 68 manatdan 80 manata çatdırılacaq.

Nazir qeyd edib ki, həmçinin sosial müavinət valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqların qəyyumlarına (himayəçiləri) 61 manatdan 100 manata, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları üçün də 68 manatdan 100 manata qaldırılacaq. Habelə, beşdən çox uşağı olan qadınların hər uşağına verilən 33 manat 55 manata, uşağın anadan olmasına görə ayrılan 109 manat 200 manata, dəfn üçün ödənilən sosial müavinət isə 146 manatdan 300 manata çatdırılmalıdır. Bundan ötrü normativ hüquqi aktların layihələrini nazirlik hazırlayaraq 15 günə dövlət başçısına təqdim etməlidir.

Qeyd edilən sərəncamla eyni zamanda Azərbaycan prezidentinin təqaüdü ilə təmin edilənlərin əhatə dairəsinin genişləndirilməsi də nəzərdə tutulur.

Sahil Babayev deyib ki, eyni zamanda mövcud prezident təqaüdünün də I qrup əlilliyə görə 182 manatdan 250 manata, II qrup əlilliyə görə 158 manatdan 230 manata, III qrup əlilliyə görə də 121 manatdan 210 manata çatdırılması təmin ediləcək.

Nazir qeyd edib ki, 1941–1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad ( Sankt-Peterburq - red) şəhərinin mühasirəsi zamanı orada çalışanlara da verilən təqaüd 121 manatdan 150 manata çatdırılmalıdır.

O, vurğulayıb ki, qeyd olunan müavinət və təqaüdlərin cari ilin aprelin 1-dən artırılması nəzərdə tutulur. Bu artımlardan ötrü bu ilin 9 ayına əlavə olaraq 300 milyon manat, illik isə 400 milyon manat vəsait ayrılacaq.

Xatırlatma

Prezident bu il bundan əvvəl isə minimum əməkhaqqını 130 manatdan 180 manata qaldırıb. Tələbələrin təqaüdlərini də təqribən 20 faizə yaxın artırıb.

Multimedia

XS
SM
MD
LG