Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:29

Amerikalı investorun şirkəti Putinə müraciət edir


Michael Calvey məhkəmədə
Michael Calvey məhkəmədə

Rusiyada mənzillənən Baring Vostok investisiya şirkəti Prezident Vladimir Putinə müraciət edərək amerikalı qurucusu və daha beş rəsmisinə qarşı cinayət işini “şəxsi nəzarətinə götürməyə” çağırıb.

Baring Vostok Capital Partners (BVCP) fevralın 25-də vebsaytında Putinə açıq məktub dərc edib. Ötən həftə rusiyalı prokurorlar şirkət rəhbəri Michael Calvey, üç əməkdaşı və daha iki rəsmisinə maliyyə fırıldağı ittihamı irəli sürüb.

Calvey və digərləri ittihamları rədd edirlər.

Şirkəti 1994-cü ildə yaratmış amerikalı Rusiyada tanınmış xarici investorlardandır.

O, fevralın 14-də Moskvada saxlanıb və bu hadisə Qərbin biznes dairələrini sarsıdıb.

Calvey, ittihamlar sübuta yetirilərsə, 10 il həbsə məhkum edilə bilər.

Baring Vostok-un investisiya direktoru Ivan Zyuzin
Baring Vostok-un investisiya direktoru Ivan Zyuzin

BANK DAXİLİNDƏ KOMMERSİYA MÜNAQİŞƏSİ...

Baring Votok açıq məktubunda Putini iş üzrə “hərtərəfli, müstəqil və obyektiv istintaq aparılmasını təmin etməyə” çağırır.

Məktubda həmçinin saxlananlar barəsində həbs qətimkan tədbirinin ləğvi istənilir, qeyd olunur ki, son illər maliyyə iddialarına görə həbs qətimkan tədbirinin seçilməsində azalma “biznes tərəfdaşına hədsiz təzyiq göstərilməsini aradan qaldırıb”.

Məktuba görə, Calvey və digərlərinə ittihamlar “kommersiya təşkilatında normal menecment funksiyalarının icrasıyla” bağlıdır.

Şirkət bu işin bank daxilində kommersiya münaqişəsilə əlaqədar olduğunu bildirir.

Kremlin sözçüsü Dmitry Peskov deyib ki, Putinə Baring Vostok-un xahişi barədə məlumat veriləcək.

“Prezidentin bu məktubu görüb-görmədiyini bilmirəm, amma azından biz ona mediada yayılmış məktub haqda məlumat verəcəyik”, – Peskov vurğulayıb.

Birləşmiş Ştatların Moskvadakı səfirliyi fevralın 21-də bildirib ki, ABŞ diplomatlarının Calvey ilə görüşünə şərait yaradılmasını tələb edir.

Bunu bir neçə dəfə istəmişik. Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi bizim İkitərəfli Konsulluq Konvensiyamızın şərtlərinə hələlik əməl etməyib, konsulluq yardımı göstərməyimizə şərait yaratmayıb. Bu yubanma sarıdan dərin narahatlığımızı diplomatik kanallar vasitəsilə çatdırmışıq”, – diplomatik missiya bəyanatında deyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG