Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 12:20

BMT rəhbərindən ksenofobiya və irqçilik xəbərdarlığı


Antonio Guterres

BMT-nin Baş katibi Antonio Guterres dünyadakı “ksenofobiya, irqçilik və dözümsüzlük dalğası”nı pisləyib, “antisemitizmin, antimüsəlman nifrətinin artdığını” deyib.

“Nifrət bir tendensiyaya çevrilməkdədir – həm liberal demokratiyalarda, həm də avtoritar sistemlərdə belədir”, – Guterres fevralın 25-də BMT İnsan Haqları Şurasının Cenevrədə başlanan 40-cı iclasında deyib.

Dekabrda BMT-nin Baş Məclisində 17 ölkə qaçqın və miqrant axınını idarə eləməklə bağlı hüquqi qüvvəsi olmayan sənədə ya səs verməyib, ya da əleyhinə səs verib.

Bu, özəlliklə Avropada acı siyasi müzakirələr doğurub.

Guterres çıxışında deyib ki, soyqırımıların önlənməsi üzrə xüsusi müşaviri Adama Dieng nifrət çıxışıyla mübarizə məqsədilə “qlobal tədbirlər planı təqdim edəcək”.

XS
SM
MD
LG