Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 03:54

Asqar Mamin Qazaxıstanın baş naziri təyin olunub


Asqar Mamin

Qazaxıstan Prezidenti Nursultan Nazarbaev Asqar Mamini ölkənin yeni baş naziri təyin edib.

Əvvəlki hökumət dörd gün öncə buraxılıb, prezident onun həyat standartlarını yüksəldə, ölkə iqtisadiyyatını enerji sektorundan kənar diversifikasiya edə bilmədiyini deyib.

2016-cı ildən baş nazirin müavini vəzifəsində çalışmış 53 yaşlı Mamin baş nazirin vəzifəsini icra edirdi.

Bu arada ölkədə həyat şəraitinə etirazlar artmaqdadır. Bu yaxınlarda Astanada bir evin yanması nəticəsində bir ailədən beş uşağın ölümü etirazları gücləndirib. Hadisə hər iki valideyn gecə növbəsində olarkən baş vermişdi.

Öncəki hökumətə 2016-cı ildən Bakytzhan Sagintaev rəhbərlik edirdi.

Qazaxıstan 1991-ci ildə Sovet İttifaqı dağılandan Nazarbaev bu ölkənin başındadır. Tənqidçilər onun narazıları susdurduğunu, vəzifəsinin müddətini qeyri-demokratik seçkilərdə uzatdığını deyir.

XS
SM
MD
LG