Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 13:03

Pakistan məhkəməsi Sharif-i zaminə buraxmayıb


Nawaz Sharif (maşında) həbsxanaya aparılır

Pakistanda məhkəmə keçmiş baş nazir Nawaz Sharif-in zaminə buraxılmaq iddiasını rədd edib. O, hazırda korrupsiya ittihamları ilə yeddi illik həbs cəzası çəkir.

İslamabad Ali Məhkəməsi fevralın 25-də çıxardığı qərarda bildirir ki, Sharif səhhətinə görə zaminə buraxıla bilməz, çünki artıq xəstəxanada müalicə olunur.

Sharif-in Pakistan Müsəlman Liqası- Nawaz (PML-N) partiyası qərardan apellyasiya şikayəti veriləcəyini bildirib.

Keçmiş baş nazir Shahid Khaqan Abbasi məhkəmə qərarını “məyusedici” adlandırıb.

Sharif hazırda ölkənin şərqindəki Lahor şəhərində ürəyindən müalicə olunur və vəkilləri onun səhhətinin həbsdə qalmasına əl vermədiyini deyirlər.

Üç dəfə baş nazir olmuş Sharif 2017-ci ildə Ali Məhkəmənin qərarıyla vəzifədən kənarlaşdırılıb.

Dekabrda isə antikorrupsiya məhkəməsi onu bəlli gəlir mənbələrindən kənar sərvətə yiyələnmək ittihamıyla yeddi illik həbsə məhkum edib.

Sharif daha öncə iyulda 10 il həbsə məhkum edilmişdi, onun Londonda dəbdəbəli mənzillər aldığı üzə çıxmışdı. Amma o, sentyabrda zaminə buraxıldı.

Sharif yanlışa yol vermədiyini, ona ittihamların siyasi motivli olduğunu deyir.

XS
SM
MD
LG