Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:36

Trump Çin mallarına tarifi qaldırmağı yubadır


Çin, arxiv fotosu
Çin, arxiv fotosu

ABŞ Prezidenti Donald Trump deyir ki, Çin mallarına tarifi qaldırmaq planını yubadacaq. O, Pekinlə danışıqlarda “əməlli irəliləyiş” olduğunu bildirib.

Birləşmiş Ştatların Çinlə ticarət danışıqlarında əməlli irəliləyiş əldə etdiyini bildirməkdən məmnunam. Danışıqlar əqli mülkiyyətin qorunması, texnologiya transferi, kənd təsərrüfatı, xidmətlər, valyuta və digər məsələlər daxil vacib struktur məsələlər üzrə aparılıb”, – Trump fevralın 24-də Twitter-də yazıb.

Tariflərin martın 1-nə planlaşdırılan qaldırılmasını yubadıram. Tərəflər əlavə irəliləyiş əldə edə bilər, razılaşma üçün Prezident Xi ilə mənim Mar-a-Laqoda sammitim planlaşdırılacaq. ABŞ və Çinə çox yaxşı həftəsonu arzulayıram!” - o əlavə edib.

Donald Trump (sağda) və Xi Jinping (solda), arxiv fotosu
Donald Trump (sağda) və Xi Jinping (solda), arxiv fotosu

Trump və Xi daha öncə də prezidentin Floridadakı iqamətgahında – Mar-a-Laqoda görüşüblər.

Trump fevralın 22-də Vaşinqtonda Çinin baş nazir müavini Liu He ilə görüşüb. Bu görüş ABŞ-Çin ticarət danışıqları çərçivəsində keçirilib. Fevralın 22-də bitəcəyi gözlənən danışıqların müddəti fevralın 25-dək uzadılıb, hər iki tərəf irəliləyişin olduğunu deyib.

Martın 1-də razılaşma əldə olunmasaydı, prezident 200 milyard dollarlıq Çin malına tarifləri 25 faizdən 10 faizədək yüksəltməyi planlaşdırırdı.

Bu iki qlobal nəhəngin ticarət savaşı səhm bazarlarını silkələyib, dünya iqtisadiyyatında yavaşıma yaranacağı sarıda narahatlıq ortaya çıxıb.

Trump Çinin ticarət praktikasından daim gileylənib. ABŞ administrasiyası Çindən Amerikanın intellektual mülkiyyətinin oğurlanmasından tutmuş, ABŞ firmalarının və digər şirkətlərin Çin bazarında üzləşdiyi maneələrin ləğvinə qədər bir sıra sahələrdə dəyişikliklər tələb edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG