Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:56

“Yaşıl kitab” Oskar qalibidir


"Yaşıl kitab"ın prodüserləri Peter Farrelly və Nick Vallelonga mükafatı qəbul edirlər

Bu il ən yaxşı film nominasiyasında Oskar mükafatını 1960-cı illər Amerikasında irqlərarası münasibətlərdən söz açan “Yaşıl kitab” filmi alıb.

Fevralın 24-də Los Ancelesdə keçirilən 91-ci Akademiya Mükafatları mərasimində “Yaşıl kitab” üç Oskara layiq görülüb.

Film ağdərili bir kişinin Afrika mənşəli amerikalı pianoçu Don Shirley-ni 1960-cı illərdə ABŞ-ın cənub ştatlarında gəzdirməsilə bağlı real hekayədən qaynaqlanır.

Rami Malek isə “Bohemian Rhapsody”də ən yaxı aktyor oyununa görə Oskara layiq görülüb. Bu film “Quenn” rok qrupunun əsas üzvü Freddie Mercury barədədir.

Misir əsilli Malek Los Anceles sakinidir.

Britaniyadan Olivia Colman “The Favourite” tarixi komediyasındakı roluna görə ən yaxşı aktrisa nominasiyasında Oskarla təltif olunub.

Colman Britaniyanın 18-ci əsr kraliçası Annanın obrazını yaradıb.

O, ən yaxşı aktrisa nominasiyasında Glenn Close-nu geridə qoyub. Onun “The Wife” filmindəki roluna görə qalib olacağı düşünülürdü.

XS
SM
MD
LG