Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 18:01

Maliyyə bazarları da yoxlamalara açıq oldu


İlham Əliyev, Azərbaycan prezidenti

Prezdient İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna dəyişiklik edilməsini təsdiqləyib.
President.az saytı xəbər verir ki, dövlət başçısı bundan ötrü bu gün, fevralın 23-də fərman verib.

Sözü gədən qanuna dəyişikliyi bu il fevralın 12-də ölkə prlamenti edib. Həmin dəyişikliyə əsasən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanununun 2.1-ci maddəsinə “vergi yoxlamaları,” sözlərindən sonra “maliyyə bazarları sahəsində aparılan yoxlamalar,” sözləri əlavə edilib.

Söhbət maliyyə bazarlarındakı yoxlamalara tətbiq edilən məhdudiyyətin aradan qaldırılmasından gedir.

Sözügedən qanuna görə, ölkədə sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırılıb. Lakin insanların həyat və sağlamlığının qorunması, dövlətin təhlükəsizliyinin və iqtisadi maraqlarının müdafiəsi məqsədilə qanunun 2.1-ci maddəsində göstərilən hallarda yoxlamaların həyata keçirilməsinə icazə verilir.

Bu qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, gömrük auditi aparıla bilər. Habelə, uygun icra hakimiyyəti orqanı dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar apara bilər. Eyni zamanda, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı da yoxlamalar istisna olunmur. Prezidentin təsdiqindən sonra isə, artıq bu siyahıya maliyyə bazarlarında yoxlamalar da əlavə edilib.

Xatırlatma

«Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında» Qanun Milli Məclisdə 2015-ci ildə qəbul edilib. 2017-ci ildə isə onun müddəti 2021-ci il yanvarın 1-dək uzadılıb.

Rəsmilər bildirirdilər ki, belə bir qanunun qəbulundan sonra ölkədə yoxlamalar kəskin azalıb. Onların fikrincə, bu da prezidentin sahibkarlığa böyük dəstəyinin göstəricisidir. Ancaq bəzi ekspertlər də deyirdilər ki, qanun heç də tam gücü ilə işləmir.

Multimedia

XS
SM
MD
LG