Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:20

Keçmiş prezident vəzifədə ‘çoxlu səhvlər’ etdiyini deyir


Sooronbai Jeenbekov (sağda) və Almazbek Atambaev
Sooronbai Jeenbekov (sağda) və Almazbek Atambaev

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambaev 2011-2017-ci illərdə ölkəni idarə edərkən səhvlərə yol verdiyini etiraf edir.

Bu bəyanat onunla vəzifədə olan prezident Sooronbai Jeenbekov arasında davamlı gərginlik yaşandığı bir dönəmdə verilib. Bu iki siyasətçi vaxtilə dost olublar.

Fevralın 22-də Qırğızıstan Sosial Demokratik Partiyasının (QSDP) digər liderləri ilə jurnalistlər qarşısında çıxış edən Atambaev deyib ki, partiyası tezliklə sıralarını “xəyanətkarlar”dan təmizləməyə başlayacaq. O, partiya daxilində yaranmış fraksiyanı nəzərdə tutub.

Ötən il partiyanın Atambaevə qarşı çıxan üzvləri “Atambaev-siz QSDP” kampaniyası başladıblar.

“Partiya sədri və ovaxtkı prezident kimi çoxlu səhvlərə yol vermişəm və indi çox şeyi fərqli görməyim çox yaxşıdır”, – deyən Atambaev partiya sədrliyindən gedə biləcəyini də sözlərinə əlavə edib.

Almazbek Atambaev və Irina Karamushkina (arxiv fotosu)
Almazbek Atambaev və Irina Karamushkina (arxiv fotosu)

“PARTİYA LİDERLİYİNDƏN DƏ GEDƏCƏYƏM”

Mən əbədi deyiləm, bu il 63 yaşım olacaq. Prezidenti təhvil verdiyim kimi, partiya liderliyindən də gedəcəyəm. Atambaev rəsmən partiya lideri olmasa da, partiyanın ruhu qorunacaq”, – Atambaev vurğulayıb.

Partiyanın sədr müavini, deputat Irina Karamushkina isə mətbuat konfransında qeyd edib ki, gələn il parlament seçkilərində partiyanın namizədlər siyahısına Atambaev başçılıq edəcək.

Bu mətbuat konfransından dörd gün öncə Atambaev-ə yaxınlığı ilə tanınan bir sıra keçmiş hökumət rəsmilərinə qarşı korrupsiya işi üzrə məhkəmə prosesi başlanıb.

Bəzi siyasətçilərin son aylar bildirməsinə görə, eks-prezident kimi toxunulmazlığı olan Atambaev də vəzifədə yol verdiyi iddia olunan korrupsiyaya görə mühakimə oluna bilər.

Qırğızıstan Ali Məhkəməsinin oktyabrda keçmiş prezidentlərin toxunulmazlığının konstitusiyaya zidd olması haqda qərar çıxarıb.

Dekabrda isə ölkə parlamentinin birinci oxunuşda qəbul etdiyi qanun keçmiş prezidentlərin toxunulmazlığını ləğv edir. Bu, Atambaev-in mühakimə olunmasına yol aça bilər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG