Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:24

Türkiyədə 300-dək hərbçinin həbsinə order çıxarılıb


Türkiyədə çevriliş cəhdində iştirak etmiş hərçilərə etiraz aksiyası, 2017-ci il
Türkiyədə çevriliş cəhdində iştirak etmiş hərçilərə etiraz aksiyası, 2017-ci il

Türkiyə prokurorluğu 295 hərbçinin həbsinə order çıxarıb. Onlar ABŞ-da yaşayan vaiz Fethullah Gulen şəbəkəsilə əlaqələrdə suçlanırlar.

Ankara Guleni 2016-cı ilin uğursuz çevriliş cəhdində ittiham edir, Gulen bu ittihamı danır.

Prokurorluğun fevralın 22-də yaydığı bəyanatda deyilir ki, həbsinə order çıxarılanlar içində 3 polkovnik, səkkiz mayor, 10 leytenant var. Şübhəlilərin yarıya qədəri ordu üzvləridir, qalanları donanma və hava qüvvələri daxil digər hərbi qüvvələrdə xidmət edir.

Bəyanata görə, şübhəli Gulen əməliyyatçıları arasında taksofon zəngləri üzrə təhqiqat çərçivəsində polis eynivaxtlı həbs əməliyyatlarına başlayıb. İndiyədək neçə şübhəlinin saxlandığı bəlli deyil.

2016-cı ilin çevriliş cəhdində 250 nəfər öldürülüb. Prezident Tayyip Erdogan-ın keçmiş müttəfiqi olan Gulen 1999-cu ildən ABŞ-ın Pensilvaniya ştatında yaşayır.

Çevriliş cəhdindən bəri 77 mindən çox adam həbs olunub, mühakiməsini gözləyir. Rəsmilər 150 min dövlət qulluqçusu və hərbçinin işdən çıxarıldığını bildirir.

Erdogan həmin hadisələrdən istifadə edərək narazıları boğmaqda ittiham olunur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG