Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:06

ABŞ-ın Kanada səfiri BMT-dəki posta namizəddir


Donald Trump
Donald Trump

Birləşmiş Ştatların Kanadadakı səfiri ölkənin BMT-də təmsilçisi postuna namizəddir. Bunu Prezident Donald Trump administrasiyasının rəsmiləri deyirlər.

Senat çoxluğunun lideri Mitch McConnell-in idarəsi fevralın 21-də deyib ki, bu nüfuzlu konqresmen Kelly Craft-ın BMT-dəki posta namizədliyini dəstəkləyir.

O, prezidentlə danışıb və onun namizədliyini tövsiyə edib”, – McConnell-in sözçüsü Robert Steurer yerli qəzetlərdən birinə deyib.

Məsələdən xəbərdar iki nəfərin “Associated Press” agentliyinə deməsinə görə, Dövlət katibi Mike Pompeo və Milli təhlükəsizlik müşaviri John Bolton da Craft-ın potensial namizədliyini dəstəkləyir.

TRUMP-I DƏSTƏKLƏYİRLƏR

Craft Kentuki ştatındandır, kömür milyarderi Joe Craft-ın həyat yoldaşıdır. Onların hər ikisi Trump-ı 2016-cı seçki kampaniyasında dəstəkləyib, Respublikaçı Partiyasının əsas donorlarındandlır.

Craft 2007-ci ildə Prezident George W. Bush tərəfindən BMT-nin Baş Məclisinə alternativ nümayəndə təyin olunmuşdu.

Xəbər mediasının yazdığına görə, ABŞ-ın Almaniyadakı səfiri Richard Grenell və ABŞ Senatına keçmiş namizəd John James də BMT-dəki vəzifəyə potensial namizəddirlər.

Əvvəlki səfir Nikki Haley ötən ilin sonunda istefa verərək vəzifədən gedib.

Trump-ın bu posta ilk namizədi, Dövlət Departamentinin sözçüsü Heather Nauert ötən həftəsonu ailə səbəblərini əsas gətirərək namizədliyini geri götürüb. Demokratlar Nauertin yetərincə beynəlxalq diplomatik təcrübəsinin olmadığını deyirdilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG