Keçid linkləri

Təcili xəbərlər
2019, 26 May, bazar, Bakı vaxtı 21:35

SpaceX raketi İsrail aparatını Aya aparıb


Falcon 9 raketi, arxiv fotosu

İsrailin heyətsiz robot-aparatını daşıyan raket Florida ştatından qalxaraq Aya yola düşüb.

ABŞ-ın SpaceX şirkətinə məxsus raket fevralın 21-də çıxıb.

İsrail Rusiya, ABŞ və Çindən sonra Aya enəcək dördüncü ölkə olmaq istəyir.

Beresheet aparatının Aya çatması iki ay çəkəcək. Onun Aya enişi fevralın 11-nə gözlənir.

Aparatı orbitə milyarder Elon Musk-ın SpaceX şirkətinin Falcon 9 raketi qaldırıb.

Beresheet bir mətbəx cihazı boydadır, çəkisi 585 kiloqramdır. Layihənin dəyəri 100 milyon dollara yaxındır.

Birləşmiş Ştatların Hava Qüvvələri də raketlə kiçik bir tədqiqat aparatı göndərir. O, Yerin orbitində birillik missiya gerçəkləşdirəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG