Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:59

ABŞ səfirliyi Rusiyadan amerikalı investorla dərhal görüş tələb edir


Michael Calvey
Michael Calvey

ABŞ-ın Moskvadakı səfirliyi Rusiya hökumətindən hazırda həbsdə olan amerikalı investor Michael Calvey-ə ABŞ konsulluq xidməti ilə dərhal görüş verilməsini tələb edib.

ABŞ səfirliyi fevralın 21-də yaydığı bəyanatda bildirir ki, Rusiya hakimiyyət orqanları sentyabrın 14-də həbs olunandan bəri ABŞ nümayəndələrinin Calvey ilə görüşməsi üçün edilmiş müraciətə cavab verməyib.

Bəyənatda bildirilir ki, Rusiya İkitərəfli Konsulluq Konvensiyasına görə həbsin dörd günü ərzində Calvey ilə görüş verməyə borclu idi.

***

Hazırda Rusiyada həbsdə olan amerikalı investisiya fondu menecerinə rəsmən maliyyə fırıldağı ittihamı irəli sürülüb. Bunu maliyyəçinin vəkili deyir.

1994-cü ildə Baring Vostok investisiya şirkətini yaratmış Michael Calvey Rusiyadan çox tanınmış xarici investorlardandır.

Vəkili Dmitry Kletochkin Calvey-ə rəsmi ittihamın fevralın 21-də irəli sürüldüyünü, amma onun müştərisinin özünü təqsirsiz bildiyini deyib.

Calvey-in fevralın 14-də saxlanması Qərbin biznes dairələrini silkələyib.

O, Moskvada Baring Vostok-un daha üç əməkdaşı, keçmiş Vostochny Bank direktoru Aleksei Kordichev və PKB kollektor agentliyinin rəhbəri Maksim Vladimirov ilə birlikdə saxlanıb. Onların altısı da hazırda həbsdədir.

Paul Whelan məhkəmədə
Paul Whelan məhkəmədə

CALVEYƏ GÖRƏ VERİLƏN BƏYANATLAR

Rusiya Peşəkar İnvestorlar Assosiasiyası fevralın 21-də bəyanat yayaraq hakimiyyəti Calvey və iş üzrə digər şübhəlilər barədə həbs qətimkan tədbirindən başqa tədbir seçməyə çağırıb.

Rusiya mediasının fevralın 21-də yazmasına görə, biznes ombudsmanı Titov Baş prokuror Yury Chaika-ya yazaraq onu Calvey-in həbsinin hüquqiliyini dəyərləndirməyə çağırıb.

Rusiya Prezidenti Vladimir Putin fevralın 20-də illik müraciətində deyib ki, “vicdanlı biznes” təqib qorxusuyla yaşamamalıdır. Amma onun Calvey-ni nəzərdə tutub-tutmadığı aydın deyil.

Baring Vostok Rusiyada və keçmiş Sovet ittifaqında ən böyük özəl investisiya şirkətlərindəndir. Onun vebsaytında 3,7 milyard dollardan artıq aktivi olduğu vurğulanır. Şirkət özəlliklə texnologiya sektorunda fəaldır, Yandex axtarış mühərriki şirkətində payı var.

Baring Vostok-u yaratmamışdan öncə Calvey Avropa Yenidənqurma və İnkişaf Bankında və Salomon Brothers şirkətində çalışıb. O, Vaşinqtondakı Atlantik Şurası beyin mərkəzinin idarə heyətinin üzvüdür.

Calvey Rusiyada həbs olunmuş ikinci tanınmış ABŞ vətəndaşıdır.

Keçmiş dəniz piyadası Paul Whelan dekabrın sonunda casusluq ittihamıyla saxlanıb və barəsində həbs qətimkan tədbiri seçilib. Amma o, təqsirsiz olduğunu, Moskvaya dostunun toyuna getdiyini deyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG