Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 18:43

Gənc fəala inzibati cəza verildiyi deyilir


Yasamal Rayon Məhkəməsi

Milliyyətçi Gənclər Təşkilatı İdarə Heyətinin üzvü Zakir Kərimlinin dünən, fevralın 20-də Yasamal Rayon Məhkəməsinin qərarı ilə 15 sutka inzibati həbs cəzası aldığı bildirilir.

Bu barədə D-18 təşkilatının sədri Ruslan İzzətli bildirib.

«Z.Kərimli polisə müqavimətdə təqsirli bilinib və 15 sutka cəza verilərək Binəqədi Müvəqqəti Saxlama Təcridxanasına göndərilib», - R.İzzətli əlavə edib. Onun sözlərinə görə, Z.Kərimli Dövlət İdarəçilik Akademiyasının tələbəsidir, fevralın 20-də bir neçə mülkigeyimli şəxs onu elə akademiyada saxlayaraq Yasamal Rayon Polis İdarəsinin 28 saylı polis bölməsinə gətiriblər.

«Z.Kərimli hər hansı qanun pozuntusuna yol verməyib, saxlanması məhz ictimai-siyasi fəaliyyəti ilə bağlıdır», - deyə o qeyd edib.

Hələlik, bu deyilənləri Daxili İşlər Nazirliyi və Yasamal Rayon Məhkəməsindən dəqiqləşdirmək mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, insanların siyasi fəaliyyətlərinə görə basqı və həbslərə məruz qalması ilə bağlı iddiaları qəbul etmirlər.

Multimedia

XS
SM
MD
LG