Keçid linkləri

Təcili xəbərlər
2021, 18 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 12:10

Prezident həmsədrləri qəbul edib


Həmsədr ölkələrin bayraqları

Azərbaycan prezidenti İlham Əliyev fevralın 21-də ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib.

Qəbulda Fransadan olan həmsədr Stefan Viskonti, Rusiyadan olan həmsədr İqor Popov, ABŞ-dan olan həmsədr Endrü Şoferdən başqa, ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik də iştirak edib.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycana Ermənistandan gəliblər. Onlar bundan əvvəl, fevralın 20-də Ermənistan rəhbərliyi ilə görüşərək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirə aparıblar.

Xatırlatma

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayon işğal edilib. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Minsk qrupu tərəflərə indiyə kimi, əsasən, üç təklif verib. Münaqişənin paket həlli, münaqişənin mərhələli həlli və «Ümumu dövlət» konsepsiyası.

Birinci varianta görə, işğal edilən ərazilərlə status məsələsi paket həll edilməlidir. İkinci variantda əvvəlcə ərazilər boşaldılmalı, sonra statusa baxılmalıdır. Üçüncü variantda isə münaqişə zonasında ümumi dövlətin yaradılmasından söhbət gedir. Azərbaycan münaqişənin mərhələli həllinə tərəfdardır. Bu variantlardan heç biri qəbul edilməyib

Daha sonra həmsədrlər əvvəlki üç varianta söykənən «Madrid prinsipləri»ni təklif ediblər.

Multimedia

XS
SM
MD
LG