Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 18:48

Netanyahunun rəqibləri alyans yaradır


Benny Gantz (ortada) seçki turunda

İsrailin Baş naziri Benjamin Netanyahunun əsas mərkəzçi rəqibləri qüvvələrini birləşdirdiklərini, seçkiyə vahid siyahı ilə gedəcəklərini elan ediblər. Bu, hakim Likud partiyasına zərbə sayıla bilər.

Ordunun keçmiş rəhbəri Benny Gantz və Yesh Atid partiyasının başçısı Yair Lapid fevralın 21-də elan ediblər ki, “İsrailin yeni hakim partiyasını təşkil edəcək” alyans formalaşdıracaqlar.

Onlar “milli təəssübkeşlikdən motivasiya aldıqlarını”, “İsrail cəmiyyətindəki yaranı sağaldacaqlarını” bildiriblər.

Aprelin 9-na planlaşdırılan seçkidən öncə keçirilən rəy sorğuları göstərir ki, bu iki partiyanın vahid siyahısı Netanyahunun sağ-qanad Likud alyansını üstələyə, seçkidən sonra İsrailin ən böyük fraksiyasına çevrilə bilər.

İki rəqib rotasiyalı liderliyə razılaşıblar. Yəni əvvəlcə Gantz baş nazir olur, sonra onu vəzifədə Lapid əvəzləyir.

Son vaxtlar Netanyahu ilə bağlı üç korrupsiya işi var. Baş prokuror tezliklə ona ittiham irəli sürülməsinə dair polisin tövsiyəsi üzrə qərar verməlidir.

Netanyahu isə heç bir yanlışa yol vermədiyini, sol qanadın onu hakimiyyətdən devirmək cəhdlərinin qurbanı olduğunu deyir.

XS
SM
MD
LG