Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

Kürdlərin İŞİD-ə qarşı əməliyyatı niyə uzanır – Qərb mediası


Bağuz kəndi yaxınlığında SDF döyüşçüsü
Bağuz kəndi yaxınlığında SDF döyüşçüsü

Hazırda İslam Dövləti (İŞİD) silahlı qruplaşması Suriyanın şərqində kiçicik bir əraziyə sıxışdırılıb. Qruplaşma 2014-cü ildə ələ keçirdiyi ərazinin böyük hissəsini itirib.

“Frans Pres” agentliyi İŞİD-ə qarşı kürdlərin rəhbərlik etdiyi, beynəlxalq koalisiyanın dəstəklədiyi əməliyyatın hazırda yerində saydığını yazır.

2018-ci ilin sentyabrında kürd və ərəb döyüşçülərdən ibarət Suriya Demokratik Qüvvələri (SDF) İŞİD-in son istehkamına – İraqla sərhəd yaxınlığındakı Deir Ezzor vilayətinə hücum başladıblar. Onları ABŞ koalisiyası raket zərbələri ilə dəstəkləyir.

Bir neçə aya SDF ölümcül əks-zərbələrə baxmayaraq, İŞİD-in əlində qalan əraziləri geri alır. SDF-in sözçüsü fevralın əvvəlində “sonuncu” döyüşün başlandığını, bir neçə günə qələbə çalınacağını bildirdi. O vaxtdan cihadçılar Bağuz kəndində, yarım kvadrat kilometrdən də az əraziyə sıxışdırılıblar.

SDF-in ərəb döyüşçüləri təlim keçir
SDF-in ərəb döyüşçüləri təlim keçir

Di gəl, bir həftədir raket zərbələri dayanıb. SDF-in sözçüsü Adnan Afrin sporadik toqquşmaların baş verdiyini deyib.

SDF və koalisiya əməliyyatların yavaşımasını ərazidə cihadçıların arvad-uşaqlarının olmasıyla izah edirlər. “Bizim hərbi strategiyamız dinc sakinlərin çıxarılmasını nəzərdə tutur. Onlar İŞİD döyüşçülərinin qohumları olsalar da, biz onları dinc sakinlər hesab edirik”, – Afrin deyib.

BMT ərazidə qadınlar və uşaqlar daxil 200-dək ailənin qalmasından narahatdır.

Koalisiyanın sözçüsü Sean Ryan raket zərbələrinin səngiməsini həm də “döyüş şəraitilə” izah edib. O, agentliyə deyib ki, tunellər, əldəqayırma partlayıcılar və maşınlarla intiharçı hücumları təhlükəsi onların irəliləməsini əngəlləyir.

Britaniya İŞİD-ə qoşulmuş yeniyetmənin vətəndaşlığını alacaq

Britaniya Suriyada İslam Dövləti (İŞİD) silahlı qruplaşmasına qoşulmuş britaniyalı yeniyetmənin vətəndaşlığını alacaq. Shamima Begum yeni doğulmuş körpəsilə ölkəsinə qayıtmaq istəyir.

Suriyada İŞİD-çilərin ailə üzvlərinin saxlandığı düşərgə
Suriyada İŞİD-çilərin ailə üzvlərinin saxlandığı düşərgə

Begum iki rəfiqəsiylə dörd il öncə, 15 yaşındaykən Londondan qaçaraq terror şəbəkəsinə qoşulmağa gedib.

Hazırda bir çox Avropa ölkələri bir dilemma qarşısındadırlar – cihadçıları, İŞİD-ə rəğbət bəsləyənləri ölkələrini buraxıb mühakiməmi etsinlər, yoxsa təhlükəsizliyi əsas gətirərək onları buraxmasınlar.

Ailənin vəkili Tasnime Akunjee Twitter-də yazıb ki, onlar Britaniya Daxili İşlər İdarəsinin Shamima-nı vətəndaşlıqdan məhrum etmək niyyətindən “çox məyusdurlar və bütün hüquqi vasitələri nəzərdən keçirirlər”.

ITV News-un məlumatına görə, idarə Begumun anasına məktub göndərərək ailəni qərardan xəbərdar edib. Yeniyetmənin apelyasiya vermək hüququ var.

Britaniyanın Daxili İşlər İdarəsi inanır ki, Banqladeş kökənli Begum oradan vətəndaşlıq istəyə bilər.

Begum hazırda Suriyanın şimal-şərqində qaçqın düşərgəsində qalır. O, həftəsonu üçüncü uşağını dünyaya gətirib və Britaniya hakimiyyətinə müraciət edib ki, övladını bu ölkədə böyütməsinə icazə versin. O, İŞİD-ə qoşulmaqdan peşman olduğunu dilə gətirib. Begum Suriyada ailə qurandan sonra iki uşaq doğub, amma onların ikisi də xəstəlikdən və pis qidalanmadan dünyasını dəyişib.

Müxalifət lideri Juan Guaido
Müxalifət lideri Juan Guaido

Venesuelada etirazçıların “gözünün odunu alırlar”

“The Associated Press” agentliyi Venesuelada hakimiyyətini saxlamağa çalışan prezident Nicolas Maduroya qarşı çıxanlara təzyiqlərdən yazır. Onlardan biri, Jhonny Godoy Twitter-də prezidentə müxalifətdə olduğunu elan edib. İkicə gün sonra qara maskalı xüsusi polis agentləri onun Karakasdakı evinə gəlir, onu evdən çıxarır və güllələyir.

Agentlik yazır ki, 29 yaşlı etirazçının öldürülməsi Venesuelanın yoxsul məhəllələrində gənclər arasında qorxu yayır.

Ötən aydan bəri, müxalifət lideri Juan Guaido özünü aralıq dövrü prezidenti elan edəndən etirazlarda azı 43 nəfər öldürülüb.

İnsan haqları qrupları bu qətllərin FAES adlı xüsusi polis dəstəsi tərəfindən törədildiyini, konkret şəxsləri hədəflədiyini bildirir. Bu dəstə 2017-ci ildə bandalara qarşı əməliyyatlar üçün yaradılıb. İnsan haqları qrupları indi onların xarabalıqlarda yaşayan gəncləri hədəfə aldığını deyir.

Maduro qorxu səpmək istəyir”, – PROVEA insan haqları qrupunun koordinatoru Rafael Uzcategui deyir.

Son həftələr Maduronun 700-dən artıq opponentinin həbs olunduğu xəbər verilir.

XS
SM
MD
LG