Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 07:51

Şimali Makedoniyada eks-spiker saxlanıb


Baş nazir Zoran Zaev, arxiv fotosu

Şimali Makedoniya polisi parlamentin keçmiş spikerini və əvvəlki hökumətin iki nazirini saxlayıb. Onların 2017-ci ildə qanunverici orqanının zorakılıqla tutulmasında əli olduğu bildirilir.

Prokurorların fevralın 20-də bildirməsinə görə, həmin hərəkətlər “konstitusiya quruluşu və təhlükəsizliyə zərbə vuran terrorçu planı”na bərabər olub.

Saxlananlar keçmiş spiker Trajko Veljanoski, keçmiş təhsil naziri Spiro Ristovski və keçmiş nəqliyyat naziri Mile Janakieski-dir. Onlar 2017-ci ilin aprelində parlamentin əsas palatasının keçmiş millətçi hökumət tərəfdarlarını tərəfindən tutulmasının təşkilinə yardımda şübhəli bilinirlər.

Veljanoski hazırda deputat olduğundan toxunulmazlığı var. O, saxlanandan bir neçə saat sonra buraxılıb. Jurnalistlərə müsahibəsində ittihamları rədd edib.

A1 televiziyasının məlumatına görə, parlamentdən hələ onun toxunulmazlığını ləğv etmək xahiş olunmayıb.

2017-ci ildə parlamentin maskalı şəxslər tərəfindən tutulması nəticəsində onlarla jurnalist və deputat yaralanıb. Onların içində Sosial Demokrat partiyasının lideri Zoran Zaev də var idi.

XS
SM
MD
LG