Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 15:51

18 jurnalistin ölkədən çıxışına qadağa var


Hava limanı

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDTM) Azərbaycanda hərəkət azadlığı və siyasi motivli səyahət qadağaları ilə bağlı dəyərləndirmə sənədi yayıb.

Mərkəz bildirir ki, bu sənəd 30 nəfər şəxslə aparılan müsahibə əsasında hazırlanıb.

«Qadağaya məruz qalan şəxslərdən 18 nəfəri jurnalist, 5 nəfər siyasi fəal, 4 nəfər hüquqşünas və hüquq müdafiəçisi, 2 nəfər yazar, 1 nəfər isə vətəndaş cəmiyyəti təşkilatı rəhbəridir», - sənəddə vurğulanır.

Mərkəz bildirir ki, bu sənədin məqsədi siyasi motivli səyahət qadağalarının yaratdığı hüquqi problemlər və nəticələri barədə ictimaiyyəti, dövlət orqanlarını, Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatları məlumatlandırmaqdır.

2013-cü ildən bəri Azərbaycanda 20-yə yaxın jurnalistin ölkədən çıxışına qadağa qoyulub. Onlardan bəziləri qadağanı qanunsuz saydıqlarından məhkəməyə müraciət ediblər. Ancaq yerli məhkəmələr həmin şikayətlərin əksəriyyətini təmin etməyib.

Şikayəti təmin olunmayan jurnalistlərdən 9-u Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) üz tutublar.

AİHM-ə şikayətçi olan jurnalistlər Natiq Cavadlı, Xədicə İsmayıl, Aynur İmranova, Gülər Mehdizadə, İzolda Ağayeva, Aynura Heydərova, Aytən Ələkbərova, Aynur Qənbərova və Aytac Əhmədovadır.

Xatırlatma

Yerli hüquq müdafiəçiləri hazırda Azərbaycanda 100-dən də çox siyasi məhbusun olduğunu bildirirlər. Onların demələrinə görə, həmin şəxslərin təqribən 10-u jurnalist və bloqerdir.

Azərbaycan hökuməti isə birmənalı şəkildə ölkədə siyasi məhbusların olmadığını bildirir. Hökumət rəsmiləri fundamental azadlıqların tam təmin edildiyini, insanların qanun qarşısında bərabər olduğunu, siyasi məqsədlərlə, peşə fəaliyyətinə görə təqiblərin olmadığını bəyan edir.

Multimedia

XS
SM
MD
LG