Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:12

Küləkli hava gözlənir


Bakı

Fevralın 21-də Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənir. Mülayim cənub-qərb küləyinin əsəcəyi, gündüz arabir güclənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 2-5, gündüz 8-11, Bakıda gecə 3-5, gündüz 9-11 dərəcə isti proqnozlaşdırılır.

Fevralın 21-də Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz olacağı, gecə və səhər bəzi yerlərə duman gələcəyi ehtimalı var. Qərb küləyinin əsəcəyi, əsasən dağlıq ərazilərdə arabir güclənəcəyi güman olunur. Gecə 0-4, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 4-8 dərəcə isti, yüksək dağlıq ərazilərdə gecə 12-17, gündüz 0-5 dərəcə şaxta təxmin edilir.

Multimedia

XS
SM
MD
LG