Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 01:21

Əfqanıstanda altı dinc sakin öldürülüb


Kabil, arxiv fotosu

Əfqanıstanın şərqindəki Lağman vilayətində yol kənarına qoyulmuş bombaya dəyən maşında altı dinc sakin həlak olub.

Vilayət valisinin sözçüsü Asadullah Dawlatzai deyib ki, hadisə fevralın 19-da Qarğayi vilayətində baş verib.

Hələlik, hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb. Amma Taliban yaraqlıları tez-tez əfqanları və xarici təhlükəsizlik qüvvələrini hədəfə alırlar. Hücumlar zamanı dinc sakinlər ya öldürülür, ya da əlilə çevrilir.

BMT-nin Əfqanıstandakı Yardım Missiyasının rüblük hesabatına görə, ötən ilin yanvar-sentyabr aylarında 2 min 800-dək dinc sakin öldürülüb, 5 min 200-dən artıq adam yaralanıb.

Fevralın 18-də törədilmiş başqa bir hücumda bir həkim öldürülüb. Həmin hücuma görə məsuliyyəti İslam Dövləti ekstremist qrupu götürüb.

XS
SM
MD
LG