Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 17:39

Yeni cərimələr qəbul olunub


Milli Məclis

Azərbaycanda daşınar əmlakın yüklülüyü haqqında qanunvericiliyin pozulmasına görə cəzalar müəyyən edilib.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib.

Həmin layihə bu gün, fevralın 19-da Milli Məclisin plenar iclasında qəbul edilib.

Cəzalar Məcəlləyə əlavə edilən 440-1-ci maddədə yer alıb. Orada məlumatların gizlədilməsinə, ora bilərəkdən yanlış məlumatların verilməsinə görə fiziki şəxslər 150, vəzifəli şəxslər 700, hüquqi şəxslər isə 2500 manat cərimə edilir.

Habelə, dövlət reyestrini aparan qurumun vəzifəli şəxsləri məlumatları saxlasalar, 1000 manat cərimə oluna bilərlər.

Xatırlatma

«Daşınar əmlakın yüklülüyü haqqında» Qanun 2018-ci ilin mayında qəbul edilib. Bu qanuna görə, sahibkarlar daşınar əmlaklarını - mal-qara, texnika, qızıl-zinət əşyalarını girov qoyaraq maliyyə resurslarına çıxış əldə edə bilər.

Multimedia

XS
SM
MD
LG