Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Sentyabr, bazar, Bakı vaxtı 10:50

Şübhəli intiharçı pakistanlıdır


Fevralın 13-də törədilmiş hücumdan sonra

Ötən həftə İranın elit İnqilab Keşikçiləri Korpusunun 27 üzvünü öldürmüş intiharçı pakistanlı olub. Bunu korpusun aparıcı komandirlərindən biri fevralın 19-da deyib.

İntiharçı fevralın 13-də Xaş və Zahedan şəhərləri arasındakı yolda avtobusun üstünə sürüb. Pakistanla sərhəddə törədilmiş hücumun planlaşdırılmasında iştirak edən digər yaraqlı da pakistanlı olub. Bunu korpusun quru qüvvələrinin rəhbəri, briqada generalı Mohammad Pakpour deyir.

İlk dəfədir Tehran ərazisində törədilmiş hücuma görə pakistanlıları suçlayır. İndiyədək İran dəfələrlə Pakistanı sərhəd zonasında yaraqlılara sığınacaq verməkdə ittiham edib.

İran Səudiyyə Ərəbistanını ölkənin sünni müsəlman azlığını zorakılığa təşviq etməkdə günahlandırır.

Amma Pakistan və Səudiyyə Ərəbistanı İrandakı hücumlarda hər hansı rol oynamadıqlarını deyirlər.

XS
SM
MD
LG