Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 01:17

İsrailin baş naziri avropalı həmkarlarını qəbul edir


Andrej Babis (solda) və Benjamin Netanyahu

İsrailin Baş naziri Benjamin Netanyahu slovakiyalı həmkarı Peter Pellegrini ilə görüşüb. Onun Mərkəzi Avropadan daha bir həmkarı ilə ikitərəfli görüşləri gözlənir. Bundan öncə Yerusəlimdə keçirilməsi planlaşdırılan sammit təxirə salınmışdı.

Çexiyadan baş nazir Andrej Babis, Macarıstandan Viktor Orban da Yerusəlimdədir. Netanyahu onlarla görüşdən sonra rəsmi iqamətgahında hər üçü üçün nahar verəcək.

Bu günə planlaşdırılan Vişeqrad sammiti təxirə salındı. Səbəb Polşanın toplantıda iştirakdan imtinası idi. Varşava İsrail liderlərinin Polşanın Holokostda rolu barədə dediklərinə etiraz olaraq sammitə qatılmaqdan imtina edib.

Netanyahunun və İsrailin xarici işlər naziri vəzifəsini icra edən Israel Katzın Polşanın nasistlərlə əməkdaşlığına dair dedikləri Varşavanı qəzəbləndirib. ƏTRAFLI

XS
SM
MD
LG