Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 06:30

Bəzi yollar buz bağlaya bilər


Yol

Fevralın 20-də Bakı və Abşeron yarımadasında yağıntının səhər tədricən kəsiləcəyi (bu gün, yanvarın 19-da sulu qar yağır), havanın əsasən yağmursuz keçəcəyi gözlənir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-7 dərəcə isti, Bakıda gecə 1 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 5-7 dərəcə isti proqnozlaşdırılır.

Fevralın 19-dan 20-nə keçən gecə bəzi şəhərətrafı və nisbətən yüksək ərazilərdə yolların buz bağlama ehtimalı var.

Fevralın 20-də Azərbaycanın əksər rayonlarında da havanın yağmursuz keçəcəyi, lakin şimal və şərq rayonlarında yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təxmin edilir.

Gecə və səhər saatlarında dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

Multimedia

XS
SM
MD
LG