Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:09

Trump Venesuela ordusunu Guaido-nu dəstəkləməyə çağırır


Venesuela üçün göndərilmiş yardım Kolumbiyada boşaldılır
Venesuela üçün göndərilmiş yardım Kolumbiyada boşaldılır

ABŞ Prezidenti Donald Trump Venesuela ordusunu müxalifət lideri Juan Guaido-nun amnistiya təklifini qəbul etməyə çağırıb. O deyib ki, əks halda “hər şeyi itirməyə” hazır olsunlar.

Bu arada hakimiyyətini saxlamağa çalışan Prezident Nicolas Maduro əhali üçün çox vacib humanitar yardımı ölkəyə buraxmır.

Yardımın gətirilməsi Guaido üçün çox vacibdir. O, Maduronun ötənilki səsvermədə seçilməsini saxta adlandırıb, özünü yanvarda aralıq dövr prezidenti elan edib. Bu addımı 50-dək ölkə tanıyıb.

Müxalifət lideri Maduro hökumətinin əsasən ABŞ-dan gələn humanitar yardımı ölkəyə buraxması üçün şənbəyədək vaxt qoyub.

Donald Trump Mayamidə çıxış edir
Donald Trump Mayamidə çıxış edir

Hazırda Venesuelada humanitar böhran yaranıb, ərzaq, dərman çatışmır, hiper-inflyasiya yaşanır.

“SEÇİMDƏN GİZLƏNƏ BİLMƏZSİNİZ”

Mayamidə tərəfdarları və Venesueladan mühacirlər qarşısında çıxış edən Trump deyib ki, Maduronu vəzifədə saxlamağa çalışan məmurlara mesajı var.

“Bu gün, hər gün, gələcəkdə də hər gün bütün dünyanın gözü sizdədir”, – o vurğulayıb.

Qarşınızdakı seçimdən gizlənə bilməzsiniz. Həyatınızını ailələriniz və həmvətənləriniz ilə birlikdə sülh içində keçirməkdən ötrü prezident Guaido-nun əliaçıq amnistiya təklifini qəbul edə bilərsiniz”, – Trump deyib.

Ya da ikinci yolu seçə bilərsiniz: Maduronu dəstəkləməyə davam edərsiz. Bu yolu seçsəniz, təhlükəsiz yer, rahat çıxış, ümumiyyətlə çıxış yolu tapmayacaqsanız. Hər şeyinizi itirəcəksizniz”, – prezident vurğulayıb.

Nicolas Maduro (solda) və Juan Guaido
Nicolas Maduro (solda) və Juan Guaido

Guaido yardımın ölkəyə gətirilməsi üçün bir milyon könüllü toplamağı hədəf kimi qoyub, artıq 600 min nəfər qeydiyyatdan keçib.

Fevralın 23-də yüzminlərlə venesuelalının həyatını xilas etmək imkanımız olacaq”, – Trump bildirib.

Maduro isə bu arada Rusiyadan 300 tonluq yardım gətirildiyini, çərşənbə gününədək Venesuelaya çatdırılacağını söyləyib. Televiziyayla yayımlanan rəsmi tədbirdə Maduro deyib ki, həmin yükdə “yüksək dəyərli dərmanlar” var.

Maduro bundan öncə də əsas müttəfiqləri olan Çin, Kuba və Rusiyadan yardım gəldiyini elan etmişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG