Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:38

Rusiya arxipelaqında fövqəladə vəziyyəti bitib


Qütb ayısı Moskva zooparkında

Rusiya rəsmiləri Novaya Zemlya arxipelaqının bəzi hissələrində fövqəladə vəziyyətin bitdiyini elan edib. Fövqəladə durum adanın insan yaşayan qəsəbələrinə qütb ayılarının “kütləvi hücumu”ndan sonra elan olunmuşdu.

Fevralın 9-da ayıların Novaya Zemlyanın şəhərlərində adamlara hücum etməsi, yaşayış və hökumət binalarına girməsi xəbərləri yayılınca fövqəladə vəziyyət elan edilmişdi.

Qütb ayılarının əhali yaşayan əraziləri kütləvi girməsi bitib”, – Novaya Zemlya arxipelaqı administrasiyası fevralın 18-də bəyanatında bildirib.

Ətraf mühit fəalları deyirdilər ki, ayıların axını heyvanların mövsümi miqrasiyası nəticəsində yaranıb.

Novaya Zemlya Rusiyanın Arxangelsk regionunda, Arktik okeanında yerləşir.

Hakimiyyət dekabrda bildirirdi ki, ayılar insan yaşayan məskənlərin ətrafına yığışır.

İqlim dəyişikliyi nəticəsində Arktik dənizində buz azalır və sonucda qütb ayılarının ov vərdişləri dəyişir, onlar quruda daha çox vaxt keçirərək yemək axtarırlar.

Rəsmiləri bildirirlər ki, uşaqların təhlükəsizliyinin təminatı üçün məktəblər yaxınlığında əlavə hasarlar çəkilib, ordu, təhlükəsizlik əməkdaşları keşik çəkir.

Ayılar kökü kəsilməkdə olan növ elan edilib və onların ovlanması qadağandır.

XS
SM
MD
LG