Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Noyabr, bazar, Bakı vaxtı 04:21

İsveçli fəal əfqana görə cərimələnib


Arxiv fotosu

İsveçli tələbə fəal əfqan sığınacaq istəyənin deportasiyasını dayandırmağa çalışdığına görə cərimələnib.

İsveçin Qöteborq şəhərində məhkəmə fevralın 18-də qərar çıxarıb ki, Elin Ersson hava nəqliyyatı qaydalarını pozduğuna görə 3 min krona (324 dollar) cərimə ödəsin.

21 yaşlı fəal iyulda mobil telefonu vasitəsilə Qöteborqdan İstanbula uçan Türk Hava Yollarının təyyarəsindən etirazını canlı yayımlayıb.

Onun yerində oturmadığını göstərən video sosial mediada yayılıb.

Ersson videoda deyirdi ki, İsveçin sığınacaq axtaranları geri qaytarması siyasətilə razılaşmır.

Bu şəxs təyyarədən düşürülməyincə oturmayacağam, çünki o, çox güman öldürüləcək”, – fəal deyib.

Əfqan və Ersson təyyarədən endiriləndən sonra mübahisə bitib.

Ersson-un vəkili Tomas Fridh qərardan şikayət veriləcəyini bildirib.

Fridh deyib ki, müştərisi mənəvi əsaslarla davranıb, çünki Əfqanıstan oraya qayıdanlar üçün təhlükəsiz deyil.

52 yaşlı əfqan sonradan Əfqanıstana deportasiya olunub.

XS
SM
MD
LG