Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 06:27

Ət idxalı artıb


Ət

Bu ilin yanvar ayında Azərbaycan 7.023 mln. ABŞ dolları dəyərində 5.043 min ton ət idxal edib.

Bu barədə məlumat Dövlət Gömrük Komitəsinin statistik göstəricilərində yer alıb.

Statistik göstəricilərin təhlilinə görə bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2.589 mln. dollar (58 faiz) və 2.032 min ton (67 faiz) çoxdur.

Kənd təsərrüfatı ekspertləri bunu, əsasən, son illərdə Azərbaycanda pambıq sahələrinin artırılması ilə bağlı otlaq yerlərinin azalması ilə izah edirlər. Onların fikrincə, bu proses heyvandarlığa ciddi zərbə vurub. Ekspertlər üstəlik, hesab edirlər ki, burada son bir ildə əhalinin alıcılıq qabiliyyətinin müəyyən qədər artmasının da təsiri var.

Multimedia

XS
SM
MD
LG