Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:19

İşdən çıxarılmış hakimi görmədən ölkədən qovulublar


Malik Kenzhaliev
Malik Kenzhaliev

Qazaxıstan hakimiyyəti İtaliya İnsan Haqları Federasiyasının iki müşahidəçisini ölkədən çıxarıb, onların bu ayın əvvəlində müxalifət fəalına bəraət verdikdən sonra işdən çıxarılmış hakimlə görüşməsinə icazə verməyib.

Ukrayna vətəndaşları olan Lyudmyla Voloshyna və Valeriy Yavtushenko-nun həmkarları və dostları AzadlıqRadiosu-na deyiblər ki, onlar fevralın 14-də Astanada saxlanıblar və məhkəmə deportasiya olunmaları barədə qərar çıxarıb.

Hər ikisi fevralın 15-də səhər Qazaxıstandan çıxıb.

Ukraynanın Astanadakı konsulu Ivan Almashi AzadlıqRadiosu-na deyib ki, Qazaxıstan hakimiyyəti onun Voloshyna və Yavtushenko saxlanarkən, yaxud məhkəmə qarşısına çıxarılarkən onlarla görüşməsinə icazə verməyib.

Bu, Diplomatik Münasibətlərə dair Vyana Konvensiyasının açıq-aşkar pozulmasıdır. Bununla bağlı xüsusi nota hazırlayacağıq”, – o deyib.

POLİS NƏ DEYİR

Medianın polisə istinadla yazmasına görə, Voloshyna və Yavtushenko Qazaxıstanda qalma səbəblərinin özəl olduğunu dediklərinə görə deportasiya olunublar. Əslində isə, insan haqları qrupu üçün missiya gerçəkləşdiriblər.

Təşkilatın Polşadakı təmsilçisi Maksim Sytnikov AzadlıqRadiosu-na deyib ki, müşahidəçiləri ölkənin qərbindəki Aktau şəhərində keçmiş hakim Malik Kenzhaliev-lə görüşməyi planlaşdırıblar. O, fevralın 6-da müxalifət fəalı Aigul Aqberdieva-ya bəraət verəndən sonra işdən çıxarılıb.

Aqberdieva hökumətin devrilməsinə çağıran sosial media postlarına görə ittiham olunub. Onun həyat yoldaşı Ablovas Zhumaev sentyabrda eyni ittihamla üç illik həbsə məhkum edilib.

Hər ikisi təqsirsiz olduqlarını deyib, ittihamları siyasi motivli adlandırıb.

Kenzhaliev isə fevralın 11-də yaydığı video-müraciətlər işdən çıxarılmasını siyasi motivli adlandırıb, beynəlxalq insan haqları təşkilatları və qərb hökumətlərindən özünə və həmkarlarına dəstək istəyib.

Fevralın 14-də Voloshyna və Yavtushenko-nun saxlanması xəbəri yayılandan sonra Kenzhaliev yeni video yayaraq əvvəlki bəyanatlarını təkzib edib.

Rəsmən bəyan edirəm ki, insan haqları təşkilatlarından, xarici hökumətlərdən hüququ köməyə ehtiyacım yoxdur. Adımın ölkə daxilində və xaricində müxtəlif iftiralarda çəkilməməsini xahiş edirəm”, – deyən keçmiş hakim Aqberdieva-ya bəraət verilməsilə bağlı durumu yanlış anladığını deyib, Prezident Nursultan Nazarbaev və hökumətinin ədliyyə sistemindəki islahatlarını tərifləyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG