Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 12:44

Bakıda Novruz yarmarkası olacaq


Bakıda Novruz yarmarkası. 2016

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Aqrar Ticarət Şirkəti növbəti bayram yarmarkası təşkil edəcək.

Bu barədə nazirlik məlumat yayıb.

Kənd təsərrüfatı məhsullarının satış yarmarkasının Bakının mərkəzində təşkil ediləcəyi gözlənir.

«Martın 15-dən etibarən bir həftə ərzində baş tutacaq yarmarkada vətəndaşlarımız ekoloji təmiz, təbii və keyfiyyətli kənd təsərrüfatı məhsullarını əldə edə biləcəklər», - nazirliyin açıqlamasında yazılır.

Açıqlamada qeyd edilir ki, yarmarkanın keçirilməsində məqsəd həm paytaxt əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, həm də süni qiymət artımının qarşısının alınmasıdır.

«Ötən dəfə olduğu kimi, bu dəfə də fermerlər yarmarkada tam ödənişsiz iştirak edə biləcəklər», - açıqlamada vurğulanır.

Nazirlik bildirir ki, yarmarkada Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyası da fəaliyyət göstərəcək: «Məhsullar laboratoriya yoxlamasından keçirildikdən sonra satışa buraxılacaq. Məhsulların qiymətləri isə tələb-təklif əsasında müəyyən ediləcək və fermerlərin özü tərəfindən təyin ediləcək. Yarmarkada 110 fermerin iştirak etməsi nəzərdə tutulub».

Xatırlatma

Son illər Novruz bayramı (martin 20-si və 21-i) ərəfəsində həm Bakıda, həm də bölgələrdə yarmarkalar təşkil edilir. Amma bəzi alıcılar deyirlər ki, yarmarkalarda qiymətlər bazarlardan ciddi şəkildə fərqlənmir. Onların deməsinə görə, qiymətlər bir qədər ucuz olsa da, bəzi malların keyfiyyətindən şikayətlər var.

Multimedia

XS
SM
MD
LG