Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:12

Maduro müxalifət liderinə qarşı hüquqi addımlar atır


Juan Guaido yürüş zamanı, 12 fevral, 2019-cu il
Juan Guaido yürüş zamanı, 12 fevral, 2019-cu il

Venesuela Prezidenti Nicolas Maduro hökuməti onu devirmək cəhdlərinə qarşı hüquqi savaşı gücləndirir. Bu arada müxalifət beynəlxalq ictimaiyyətin ölkəyə 100 milyon dollardan artıq humanitar yardım boyun olduğunu bildirir.

Müxalifət Maduronun prezidentliyini qanunsuz adlandırır, onun saxta seçkiylə hakimiyyətə gəldiyini deyir. Müxalifətin niyyəti ölkənin neft sektoruna nəzarəti ələ almaq, əhaliyə yardımı çatdırmaqdır.

ALİ MƏHKƏMƏ QƏRAR ÇIXARIB

Maduro isə bunu Birləşmiş Ştatların dəstəklədiyi dövlət çevrilişi planının bir hissəsi sayır, hakimiyyətdən getməyəcəyini deyir.

Artıq 50-dək ölkə müxalifət lideri Juan Guaido-nu prezident kimi tanıyıb. Maduronu isə Rusiya və Çin kimi müttəfiqləri, ordu daxil əsas dövlət qurumları dəstəkləyir.

Nicolas Maduro (ortada) hərbi təlimlər zamanı, 10 fevral, 2019-cu il
Nicolas Maduro (ortada) hərbi təlimlər zamanı, 10 fevral, 2019-cu il

Venesuelanın Baş prokuroru Tarek Saab dünən – fevralın 14-də deyib ki, idarəsi müxalifətin PDVSA dövlət neft şirkətinə və onun ABŞ-dakı emalçısı Citgo-ya təyin etdiyi yeni direktorlarla bağlı araşdırmaya başlayıb.

Maduronu dəstəkləyən Ali Məhkəmə idarə heyətinə namizədliyi verilmiş şəxslərin ölkədən çıxışını yasaqlayıb. Amma onlardan bəzilərinin artıq Venesueladan kənarda olduğu bildirilir.

Saab deyib ki, Guaido bu “sirk-üslublu təyinatlar etməklə” xarici maraqları razı salmağı, ölkədə sabitsizlik yaratmağı hədəfləyir.

“PDVSA və filiallarına təyin olunan yeganə qanuni direktorlar rəhbər tərəfindən təyin olunanlardır”, – Saab Twitter hesabında yazıb.

Milli Assambleya sədri olan Guaido ötən ay özünü keçid dövrü prezidenti elan edib.

Yeni seçkinin təhlükəsizliyini təmin etməkdən ötrü keçid hökumətinə hakim “Chavismo” hərəkatından, hərbi rəhbərlikdən üzvlər daxil olmalıdır, bunu müxalifətdən olan deputat deyib.

Venesuela, arxiv fotosu
Venesuela, arxiv fotosu

MÜXALİFƏTİN SEÇKİ PLANLARI

Maduro prezidentlikdən rəsmən gedəndən sonra aralıq hökuməti 13 ay ərzində yeni prezident seçkisi keçirməlidir. Bunu isə konqresin ikinci vitse-prezidenti Stalin Gonzalez “Reuters” agentliyinə deyib.

Gonzalez deyir ki, Chavismo-nun bəzi sektorlarına yer vermək niyyətindədir, “çünki bizə siyasi sabitlik lazımdır”.

O, partiyalar koalisiyasından ibarət müxalifətin prezident seçkisinə yeganə namizəd irəli sürmək üçün praymeriz seçkisi planlaşdırdığını sözlərinə əlavə edib.

Chavismo hərəkatını keçmiş prezident Hugo Chavez yaradıb. O, 2013-cü ildə xərçəngdən vəfat edincə Maduro vəzifəyə gəlib.

Guaido-nun ABŞ təmsilçisi Carlos Vecchio dünən Vaşinqtonda keçirilən konfransda beynəlxalq ictimaiyyəti Venesuelaya yardımın çatdırılmasına köməklik göstərməyə səsləyib.

Hazırda Maduro hökuməti həmin yardımın ölkəyə daxil olmasını əngəlləyir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG