Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:00

Hər il münaqişələrdə azı 100 min körpə ölür


Əfqanıstanda uşaqlar
Əfqanıstanda uşaqlar

Hər il silahlı münaqişələrdə azı 100 min körpə həlak olur. Əfqanıstan körpələr üçün ən təhlükəli sayılan 10 ölkədən biridir. Bunu “Save the Children International” təşkilatı bildirir.

“Uşaqlar silahlı zorakılığın və müharibənin əziyyətini getdikcə daha çox çəkir”, – ABŞ-da mənzillənən təşkilat fevralın 15-də açıqladığı “Uşaqlarla müharibəni dayandırın” adlı hesabatında qeyd edir.

“Uşaqlar münaqişədə böyüklərdən fərqli şəkildə əziyyət çəkirlər. Bir tərəfdən onlar fiziki baxımdan zəifdirlər. Digər tərəfdən müxtəlif riskləri var – fiziki, zehi, psixoloji inkişafları uşaq ikən yaşadıqlarından çox asılıdır”, – hesabatda vurğulanır.

5 İLDƏ 500 MİN KÖRPƏ ÖLÜB

Qurum münaqişələrdə “xeyli sayda uşağın güllə, yaxud bombalardan deyil, pis qidalanmadan, xəstəlikdən, tibbi qayığı çatışmazlığından öldüyünü” bildirir.

Suriyada İŞİD-dən qaçan qadınlar və uşaqlar
Suriyada İŞİD-dən qaçan qadınlar və uşaqlar

2013-17-ci illərdə münaqişə gedən 10 bölgədə 500 min körpə savaş, “münaqişənin təsiri”ndən dünyasını dəyişib. Bu isə ilə azı 100 min körpənin münaqişələrdən dolayı həlak olması anlamına gəlir.

Uşaqlar üçün ən pis 10 ölkə Əfqanıstan, İraq, Suriya, Yəmən, Mərkəzi Afrika Respublikası, Konqo Demokratik Respublikası, Mali, Nigeriya, Somali və Cənubi Sudandır.

BMT təkcə Əfqanıstanda 3 min 179 uşağın öldüyünü təsdiqləyib”, – qurum 2017-ci ilin məlumatına istinadla bildirir.

Bu insidentlərin çoxunun əldəqayırma partlayıcı qurğuların törətdiyi hadisələr zamanı baş verdiyi vurğulanır.

Bəzi hallarda isə uşaqlardan “hücumların törədilməsində istifadə olunur”.

Hesabatda deyilir ki, Yəməndəki uşaqların 90, Suriyadakıların 70, Somalidəki uşaqların 60 faizi ötən il münaqişə zonalarının yaxınlığında yaşayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG