Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:48

Hakim Lesinin ölüm sənədləri ilə bağlı qərar çıxarıb


Mikhail Lesin, 2002-ci il
Mikhail Lesin, 2002-ci il

Vaşinqtonda hakim qərar çıxarıb ki, şəhərin tibb ekspertiza qurumu Rusiyanın keçmiş mətbuat naziri Mikhail Lesinin yarılmasına dair və digər sənədləri istintaq orqanlarına təhvil versin. Lesin üç il öncə Vaşinqtonda otel otağında ölü tapılmışdı.

Hakim qərarı fevralın 13-də çıxarıb. AzadlıqRadiosu (RFE/RL) İnformasiya Azadlığı Aktına uyğun olaraq məhkəmədə iddia qaldırmışdı. Radio Lesinin 2015-ci ilin noyabrında öldürülməsini araşdırır və sənədlər də buna görə lazımdır.

Vaxtilə Prezident Vladimir Putinin media müşaviri olan Lesin sonradan, 2012-ci ildə gözdən düşdü. Sonradan onun Dupont Circle otelində cəsədi tapıldı. Rəsmi məlumatda onun bədbəxt hadisə nəticəsində dünyasını dəyişdiyi bildirilsə də, Ədliyyə Departamenti ilə informasiya paylaşmasını önləməkdən ötrü öldürülə biləcəyi sarıdan şübhələr yaranıb.

ŞÜBHƏLƏR

Hakim Hiram Puig-Lugo tibbi sənədlərin, toksikologoya hesabatlarının, elektron yazışmaların, digər materialların təhvil verilməsi üçün fevralın 20-dək son tarix qoyub.

Lesinin ölü tapıldığı otel otağı
Lesinin ölü tapıldığı otel otağı

Qərarda vəkillərin arqumentləri rədd edilir. Vəkillər Lesinin ailəsinin gizlilik maraqlarının onun ölümünə dair ictimai maraqdan üstün olduğunu deyirdiər.

Bu qərardan apellyasiya şikayəti verilib-verilməyəcəyi bəlli deyil.

Məhkəmə iddiasını AzadlıqRadiosu-nun əməkdaşı Mike Eckel bir ildən çoxdur qaldırıb.

Lesinin cəsədi 2015-ci il noyabrın 5-də tapılmışdı. İlkin ekspertiza onun aldığı zərbədən dünyasını dəyişdiyini bildirdi. 2016-cı ilin oktyabrında isə ABŞ Prokurorluğunun Vaşinqton ofisi onun ölümünün təsadüf nəticəsində baş verdiyini, boynundan, aşağı-yuxarı ətraflarından xəsarət aldığını, bunların “yıxılmanın nəticəsi” olduğunu bildirib. Alkoqoldan zəhərlənmə də səbəb kimi göstərilirdi.

Amma bu hesabatı biznes aləmindəki tanışları və digər yaxınları böyük şübhəylə qarşıladılar. Kremlin vaxtilə nüfuzlu, zəngin adamı olam Lesin Rusiyanın müstəqil mediaya təzyiqlərində, RT beynəlxalq televiziyasını yaratmasında həlledici rol oynamışdı.

Vladimir Putin (solda) və Mikhail Lesin
Vladimir Putin (solda) və Mikhail Lesin

GİZLİ XİDMƏTƏ NİYƏ ZƏNG OLUNUB

Lesinin tapıldığı otel otağına birbaşa çıxışı olan bir nəfər 2016-cı ildə AzadlıqRadiosuna demişdi ki, onun bu otaqda təkbaşına dünyasını dəyişməsi fiziki baxımdan mümkün ola bilməzdi. Polisin yaydığı fotolarda pivə və likör şüşələri, dollar bağlamaları görünürdü. Lesinin yaxınları isə iddia edirdi ki, Dupont Circle oteli onun bəlli bahalı zövqünə uyğun gəlmirdi.

Dupont Circle otelindən öncə Lesin dəbdəbəli Four Seasons mehmanxanasında da olmuşdu. DC polisinin məlumatına görə, bu otelin rəsmiləri noyabrın 3-də ABŞ Gizli Xidmətinə zəng edərək Lesinin ağır zəhərlənməsi barədə məlumat verib. O zaman Gizli Xidmət məsləhət görüb ki, onun qapısında mühafizəçi qoyulsun, çıxmağına icazə verilməsin. Amma bir gün sonra Lesin Dupont Circle otelində qeydiyyata düşür.

Gizli Xidmət ilə niyə əlaqə saxlanmasına indiyədək açıq izah verilməyib.

Lesin sərvətinin böyük hissəsini 1990-cı illərdə yaratdığı özəl şirkət vasitəsilə qazanıb. Bu şirkət Rusiya teleməkanına reklam satışıyla məşğul idi. Video International (VI) adlı həmin şirkəti sonradan Bank Rossiyanın əsas səhmdarı olan Yury Kovalchuk aldı. O da Kremlə sıx bağlı idi..

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG