Keçid linkləri

Təcili xəbərlər
2019, 24 Fevral, bazar, Bakı vaxtı 07:33

Soçidə Suriya danışıqları keçiriləcək


Suriyada qadın və uşaqlar

Rusiya Prezidenti Vladimir Putin fevralın 14-də Soçidə iranlı və türkiyəli həmkarları ilə görüşəcək. Onların Birləşmiş Ştatlar Suriyadan çıxandan sonra bu ölkəylə bağlı planları müzakirə edəcəkləri gözlənir.

Kremlin məlumatına görə, Putin türkiyəli həmkarı Recep Tayyip Erdogan və İrandan Hassan Rohani ilə Suriyada “uzunmüddətli həllə doğru gələcək birgə addımları” nəzərdən keçirəcək.

Moskva və Tehran Suriya Prezidenti Bashar al-Assadı, Birləşmiş Ştatlar isə fərqli üsyançı qrupları dəstəkləyir.

Son illər müxtəlif formatlarda aparılan danışıqlar müharibəyə son qoya bilməyib. Əməliyyatlarda 400 mindən çox adam həlak olub, milyonlarla didərgin yaranıb.

ABŞ Prezidenti Donald Trump dekabrda elan edib ki, Suriyadakı 2 min əsgərini çıxaracaq. Bu qərar onun müttəfiqlərini təəccübləndirib, çünki bu halda Vaşinqtonun dəstəklədiyi kürd döyüşçülər onları terrorçu hesab edən Türkiyənin ümidinə qalır.

Günün bütün mövzuları

XS
SM
MD
LG