Keçid linkləri

Təcili xəbərlər
2019, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:46

Bank işçiləri həbs edilib


Nikoil Bank

«Nikoyl» İKB Açıq Səhmdar Cəmiyyətinin (ASC) Sumqayıt filialının vəzifəli şəxsləri həbs ediliblər.

Bu barədə Baş Prokurorluğun bu gün, fevralın 14-də yaydığı məlumatda bildirilir.

Məlumatda yazılıb ki, «Nikoyl» İKB ASC-nin Sumqayıt filialının vəzifəli şəxslərinin əməlləri barədə daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Söhbət filialın müdiri Ruslan Talıbovdan, digər vəzifəli şəxsləri Vüsal Qasımov, Nazim İsmayılovElşən Xıdırovdan gedir. Onların vəzifə səlahiyyətlərindən sui-istifadə edərək kredit vermək əvəzinə rüşvət almalarına şübhələr olduğundan cinayət işi başlanıb.

«Bundan başqa, istintaqın gedişində qeyd olunan vəzifəli şəxslərin… vətəndaşların kredit ilə aldıqları 451 min məbləğində olan əmlaklarını və nağd pul vəsaitlərini kreditin ödənişinə yönləndirəcəkləri adı ilə aldadaraq ələ keçirdiklərinə dair şübhələr müəyyən olunmuşdur», - rəsmi açıqlamada qeyd olunur.

Həmin şəxslər Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq), 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilirlər: R.Talıbov, V.Qasımov və E.Xıdırov barəsində məhkəmənin qərarı ilə həbs, N.İsmayılov barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.

Rəsmi açıqlamaya «Nikoyl» İKB ASC-nin Sumqayıt filialının sözügedən vəzifəli şəxslərinin və ya onların vəkillərinin münasibətini almaq mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG