Keçid linkləri

Təcili xəbərlər
2019, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:19

Taliban ABŞ təmsilçiləri ilə Pakistanda görüşəcəyini deyir


Əfqanıstanda ABŞ əsgərləri

Taliban fevralın 18-də ABŞ təmsilçiləri ilə Pakistanda görüşəcəyini deyir. Amma ABŞ tərəfi hələlik, danışıqlara dəvətnamə almadığını bildirir.

Talibanın sözçüsü Zabihullah Mujahid fevralın 13-də deyib ki, görüş Pakistanın paytaxtı İslamabadda olacaq.

Fevralın 25-də isə tərəflərin Qətərdə danışıqlar aparacağı gözlənir.

Dövlət Departamentinin sözçüsü Talibanın açıqlamasından xəbərdar olduqlarını, amma danışıqlara rəsmi dəvət almadıqlarını söyləyib.

Mujahid isə onların tərəfinin Pakistanın Baş naziri Imran Khan ilə də görüşəcəyini, “Pakistan-Əfqanıstan münasibətlərinə dair hərtərəfli müzakirələr” aparacağını sözlərinə əlavə edib.

Hazırda Pakistanda 1,5 milyon əfqan qaçqın yaşayır.

Son aylar ABŞ-ın Əfqanıstan üzrə xüsusi elçisi Zalmay Khalilzad ilə Taliban arasında danışıqlar intensivləşib. Amma Taliban Əfqanıstan hökumətilə birbaşa danışıqlardan imtina edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG