Keçid linkləri

Təcili xəbərlər
2019, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:50

Yəmən müharibəsində səudiyyəlilərə dəstəyi bitirməyə səs verirlər


Yəməndə hökumət döyüşçüsü

Demokratların nəzarətində olan Nümayəndələr Palatası Vaşinqtonun Yəmən müharibəsində Səudiyyə Ərəbistanına dəstəyini bitirəcək qətnaməni dəstəkləyib. Bunu çoxları Prezident Donald Trump-a qarşı addım kimi dəyərləndirir.

Qətnamə 248-177 səs fərqilə qəbul olunub. On səkkiz respublikaçı da sənədi dəstəkləyib.

Trump isə sənədə veto qoymaqla hədələyib. Amma səsvermənin nəticəsi bu vetonun nəticəsiz qalacağını göstərir.

Qətnamənin qəbulu ABŞ qüvvələrinin Yəməndə hər hansı əməliyyatda iştirakının önlənməsi deməkdir. Buraya müharibəyə qatılan təyyarələrin yanacaqla doldurulması da daxildir. Bütün bunlara Konqresin təsdiqi lazım olacaq.

Senat ötən il də oxşar sənəd qəbul etmişdi, amma onda o, Nümayəndələr Palatasında səsverməyə çıxarılmadı. Palata o zaman respublikaçıların nəzarətində idi.

Yəmən müharibəsi 2015-ci ildə qızışıb. İranın dəstəklədiyi şiəməzhəb husi üsyançılar ölkənin qərb hissəsini tutub. Paytaxt Sanaa da bura daxildir.

Səudiyyə Ərəbistanı və səkkiz ərəb ölkəsi isə beynəlxalq ictimaiyyətin tanıdığı Prezident Abd-Rabbu Mansur Hadi hökumətini dəstəkləyir. Birləşmiş Ştatlar, Britaniya və Fransa da onların tərəfindədir.

2015-ci ildən müharibədə 10 minədək adam öldürülüb, 14 milyon yəmənli aclıq həddindədir.

ABŞ-da yaşamış səudiyyəli jurnalist Jamal Khashoggi ötən il Səudiyyənin İstanbuldakı konsulluğunda öldürüləndən sonra ər-Riyada qarşı əhval-ruhiyyə güclənib.

Mərkəzi Kəşfiyyat İdarəsi ölkənin vəliəhd şahzadəsini bu qətli sifariş verməkdə ittiham edir. Səudiyyə hakimiyyəti isə qətlin arxasında durmadığını deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG