Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:21

ABŞ keçmiş əks-kəşfiyyat zabitini İrana casusluqda ittiham edir


Monica Elfriede Witt-in FTB saytındakı şəkli
Monica Elfriede Witt-in FTB saytındakı şəkli

ABŞ-ın Ədliyyə Nazirliyi ABŞ Hərbi Hava Qüvvələrinin keçmiş kəşfiyyat zabitini İrana casusluq etməkdə ittiham edir.

Monica Witt, Vaşinqtonun təbirincə deyilərsə, İrana ABŞ-ın kəşfiyyat zabitlərini hədəfləyən kibercasusluq əməliyyatına dəstək verib.

İttihamnamədə deyilir ki, Monica Witt ABŞ Hərbi Hava Qüvvələri kəşfiyyat zabitinin məxfiliyini açıb və 2013-cü ildə İranın tərəfinə keçdikdən sonra İran İslam Keşikçiləri Korpusuna ABŞ hərbiyyəsini hədəfləməkldə kömək edib.

ABŞ rəsmiləri bildirirlər ki, Witt uzun illər ABŞ Hərbi Hava Donanmasının əks-kəşfiyyatında işləyib və “ideoloji” baxımdan öz ölkəsinə qarşı çıxıb.

Fevralın 13-də Birləşmiş Ştatlar habelə kiberhücumlarda iştirakı olan dörd İran vətəndaşına qarşı ittiham irəli sürüb.

Vaşinqton eyni zamanda İranda mənzillənmiş iki vahidə: New Horizon Organization və Net Peygard Samavat şirkətlərinə sanksiyalar qoyub.

ABŞ Maliyyə Nazirliyi bildirir ki, Net Peygard Birləşmiş Ştatların indiki və keçmiş hökumətlərinə və hərbi heyətlərinə qarşı ziyanlı kiberhücum əməliyyatları keçirib, New Horizon şirkəti isə İslam İnqilabı Keşikçiləri Korpusunun xarici iştirakçılardan məlumat toplaması və onları casusluğa cəlb etməsi üçün şərait yaratmaq məqsədilə beynəlxalq toplantılar təşkil edib.

Witt-in özü də New Horizon şirkətinin təşkil etdiyi iki beynəlxalq konfransda iştirak edib.

ABŞ rəsmiləri bildirirlər ki, Witt Birləşmiş Ştatların hərbi hava donanmasında əks-kəşfiyyat zabiti kimi 1997-2008-ci illərdə xidmət edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG