Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Oktyabr, şənbə, Bakı vaxtı 18:08

YAP sədr müavininin 'bəla' adlandırdığı…


Ə.Əhmədov

«İnternetin inkişafının müsbət tərəfləri ilə yanaşı, mənfi tərəfləri də var. Bu gün insanlar sosial şəbəkələrdə təhqirlərə, mənəvi terrora məruz qalırlar».

Bunu baş nazirin müavini, hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov bu gün, fevralın 13-də bəzi qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri ilə görüşündə deyib.

Partiyanın saytının məlumatına görə, Ə.Əhmədov bildirib ki, əsas problem odur ki, sosial şəbəkələrdə özünü qanuni yolla müdafiə etmək imkanları da yoxdur: «İstənilən adamı istənilən formada təhqir etmək, mənəvi terrora məruz qoymaq çox asandır, lakin bundan özünümüdafiə mexanizmi yoxdur. Bu, bir bəla olaraq bütün dünyada geniş vüsət alıb. Bu problem cəmiyyətdə bir gərginlik yaradır. Bu problem tək Azərbaycanda deyil, digər dövlətlərdə də mövcuddur. Ancaq Azərbaycanda bu hal eybəcər formadadır».

İcra katibi qeyd edib ki, ayrı-ayrı ölkələrdə bu problemin qarşısını almaqdan ötrü yollar axtarılır, texniki və hüquqi baxımdan cəhdlər edilir: «Azərbaycanda da bu problemin qarşısını almaq üçün hüquqi normalar var, ancaq bunun tətbiq edilməsi mexanizmi mövcud deyil. Bəzi ölkələr bu problemin qarşısını almaq üçün internetin məhdudlaşdırılmasına da gedirlər. Mən internetin məhdudlaşdırılmasının tamamilə əleyhinəyəm, ancaq biz müzakirələr aparıb texniki və hüquqi tənzimləmə yollarını tapmalıyıq ki, bu eybəcərliklərin qarşısı alınsın».

Xatırlatma

Müstəqil ekspertlər deyirlər ki, sosial şəbəkələrdə bir sıra müxaliffikirli insanlarla yanaşı, hakimiyyəti müdafıə edən bəzi şəxslər də təhqirlərə yol verirlər. Həmin ekspertlərin bəzilərinin fikrincə, hakimiyyət mənsubları əslində təhqirlə yanaşı, sosial şəbəkələrdəki tənqidi çıxışların da qarşısını almaqdan ötrü son vaxtlar tez-tez belə açıqlamalara yol verirlər.

Multimedia

XS
SM
MD
LG